İlk 3 turdan sonra maksimum nəticə ilə Misli Premyer Liqasına liderlik edən “Zirə” heyətini gücləndirməkdə davam edir.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi daha bir legionerin transferini yekunlaşdırıb. Xorvatiyanın “Riyeka” klubunun vingeri Dimitri Leqbo karyerasını Azərbaycanda davam etdirəcək.

Fil Dişi Sahilidən olan 25 yaşlı sol cinah oyunçusunun həm klubu, həm də özü ilə hərtərəfli razılıq əldə olunub. “Zirə”nin keçidi gün ərzində açıqlaması gözlənilir.

Leqbo “Riyeka”ya bu ilin əvvəlində Finlandiya “İnter”indən keçib və xorvatlarla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. Afrikalı futbolçu 2021-2023-cü illərdə Ermənistanda “Ararat”ın formasını geyinib.

Shares: