“Sabah”ının Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan “Barselona” mövsüm üçün yekun heyətini açıqlayıb. İspaniya təmsilçisinin ərizəsində 27 futbolçunun adı yer alıb.

Qapıçılar: Joan Qarsiya, Voyçex Şçensnı, Dominik Livakoviç.

Müdafiəçilər: Joao Kanselu, Alexandro Balde, Pau Kubarsi, Andreas Kristensen, Jerar Martin, Jül Kunde, Erik Qarsiya.

Yarımmüdafiəçilər: Brayan Farinas, Qavi, Fermin Lopes, Pedri, Xavi Espart, Rodri Ernandes, Dani Olmo, Frenki de Yonq, Mark Bernal.

Hücumçular: Qabriel Jesus, Lamin Yamal, Rafinya, Kərim Adeyemi, Entoni Qordon, Runi Bardqci, Cessi Bisivu, Həmzə Abdelkərim.

Daha əvvəl qüvvədə olan məhdudiyyətlər səbəbindən Dominik Livakoviçin “Barselona”nın heyətinə daxil edilə bilməyəcəyi ehtimal olunurdu. Lakin xorvatiyalı qapıçı yekun siyahıda yer alıb.

“Barselona” Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda noyabrın 25-də Bakıda “Sabah”la qarşılaşacaq.

Shares: