“Bu səviyyədə klublara qarşı oynamaq məndə həyəcan hissindən daha çox məsuliyyət və əlavə motivasiya yaradır”. Bunu “Sabah”ın müdafiəçisi Tellur Mütəllimov “Euronews”a açıqlamasında komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə bağlı danışarkən deyib.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı cinah oyunçusu qarşıda duran vəzifənin miqyasının həyəcan deyil, diqqət məsələsi olduğunu əlavə edib: “Qeyd etmələr artıq geridə qalıb. İndi bütün diqqətimizi qarşıdakı vacib və çətin oyunlara yönəltməyin vaxtıdır. Təsnifat mərhələsində komandanı sona qədər dəstəkləyən azarkeşlərə də təşəkkür edirik. Hətta Danimarka, İngiltərə, Finlandiya və Rumıniyada evimizdən çox uzaqda oynadığımız zaman belə tək deyildik. Xaricdə yaşayan həmvətənlərimizə minnətdarıq. Onlar stadionlara gəlib həmin oyunlarda bizi dəstəklədilər”.
Qeyd edək ki, “Sabah” Liqa mərhələsində ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.
