Dünya futbolu

Rozetti: “İstər Azərbaycanda, istər İngiltərədə…”

uefa referees winter course 2023 day five - Futbolinfo.az

UEFA-nın hakimlər direktoru Roberto Rozetti yenilənmiş Oyun Qaydalarını təqdim edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis qaydaların Avropa yarışlarında necə tətbiq ediləcəyini, Video Köməkçi Hakimin (VAR) müdaxilələrini və “vaxt itkisinə” qarşı mübarizənin yollarını izah edib.

Rozetti əsas prinsiplər barədə UEFA-ya üzv olan 55 federasiyadan olan həmkarları ilə görüşündən danışıb, eyni zamanda klub yarışlarının Liqa mərhələsindən əvvəl iştirakçı klubların məlumatlandırıldığını söyləyib.

“Yeni qaydaları təkcə UEFA yarışlarında deyil, bütün Avropa futbolunda tətbiq etmək istəyirik. Biz meydanda ardıcıl olmalı, bütün yarışlarda koordinasiyalı çalışmalıyıq. İstər Azərbaycanda, istər İngiltərə, Finlandiya, Fransa və ya Türkiyədə koordinasiyalı və birlikdə fəaliyyət uğur gətirər”, – deyə Rozetti bildirib.

Shares: