Ölkə futbolu
"Böyük oyun"da mükafatlandırma – FOTO
Topaz Premyer Liqasının 29-cu turun oyunları keçirilir. Futb…
Topaz Premyer Liqasının 29-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Xәzәr Lәnkәran" doğma arenada əzəli rəqibi "Neftçi" ilə 2:2 bərabərə qalıb.
Lənkəran şəhər stadionundakı "Böyük oyun" adlanan qarşılaşmanın fasiləsində AFFA 2 yeniyetmə futbolçunu mükafatlandırılıb. Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın təşkilatçılığı ilə keçirilən Atena U-12 Liqa və U-13 Liqasının 2013/2014-cü il mövsümünün bombardirləri – müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb. Nərimanoğlu hər iki futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib.
Qeyd edək ki, Musa Musazadə ötən mövsüm Atena U-12 Liqada 41, Tural Bayramov isə U-13 Liqasında 52 qol vurub. Hər iki futbolçu bu uğura "Xəzər Lənkəran" komandasının heyətində nail olub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”