Bizi izləyin

Ölkə futbolu

Tarix(çilər)in izi ilə

Ağlım kəsəndən, adətən, özümdən böyüklərl…

blank
Ağlım kəsəndən, adətən, özümdən böyüklərlə oturub-durmaq həvəsində olmuşam. Oyunlar, uşaqlıq çılğınlığı,  nə bilim uşaqlığı doyunca yaşamağa nə həvəsim olub, nə də imkanım.
Odur ki, həmişə böyüklərin məclisində oturmuşam, öz düşüncələrimi paylaşmışam. 2006-cı ildə futbol sahəsinə gələndən bəri (onsuz da futboldan başqa sahəm olmayıb) mənim üçün ən maraqlı futbol hissələrindən biri də veteranlar olub. Onlarla danışmaq, keçmişi varaqlamaq, onlarla futbol oynamaq mənim üçün həmişə bəlkə də ilk sırada gələn işlərdəndir.
Hələ “Çempion” qəzetində çalışanda veteranlardan silsilə yazılar hazırlayır, köhnə “Neftçibaza”nı öz evim hesab edirdim. İndi də elədir… Anar Xanlarovun təbiri ilə desək, Elgizi itirsəniz, “Neftçibaza”da tapa bilərsiniz… Söhbət köhnə “Neftçibaza”dan gedir…
…. 19 il öncə finalda görüşən veteranları bir araya gətirib, “Qəbələ”də oyun keçirmək təşəbbüsü gündəmə gələndə Aslan Şahgəldiyevin “bu işi Zamiq Hüseynovla Elgiz Abbasova tapşıraq” deməsi ürəyimdən hay verdi. Zamiqlə mən bu işə tam ürəyimizi qoyduq. Tez bir zamanda xüsusi formalar Azərbaycana gətirildi, hətta formalara adlar və nömrələr yazıldı. Sözsüz ki, formaların gətirilməsinə qədər olan müddətdə o qədər işlər görülmüşdü ki… 
Abbas dayının arxivindən tutmuş digər toz basmış sənədləri araşdırmaq, finalda çıxış edən, indi bəlkə də heç bir klubun yadına düşməyən futbolçuları axtarıb tapmaq , onların Qəbələ səfərini təşkil etmək indi sadəcə, xronologiya kimi görünür…
…. Biz  Almaniyadan “Maradona” və “Moruq” ləqəbi ilə daha çox tanınan İlham Məmmədovu, öz dövrünün ən güclü fiziki hazırlığa malik oyunçusu Rasim Abışovu Rusiyadan tapdıq, yenicə azadlığa çıxmış Mehman Alışanovu cəmiyyətə qaytarmaq üçün bu oyuna vasitə kimi baxdıq…
… Açığı, çox təəccüblənmişdilər. Hətta elə bir oyunçu oldu ki, dəvətimizə “zarafat edirsiniz?” İnanmıram ki, belə bir şey olsun, kimdi bizi yada salan?” kinayələri  və narazılıq süzülən kəlmələri ilə cavab verdi…
Hətta elə bir  veteran vardı ki, avtobusa minənə qədər inanmırdı buna… Lakin Qəbələdə meydançaya çıxdıqdan sonra anladı ki, tarix və onu yazanlar unudulmur. Unutmayanlar isə məhz əziyyətə qiymət qoyanlardır…
… Bəli, tarix 2 iyun, saatlar isə 08.30 dəqiqəni göstərəndə veteranların gözündəki sevinci, qucaqlaşmalarını, gözlərin dolmasını görməyə dəyərdi… Edilən zarafatlar, Vidadi Rzayevin İlham Məmmədovu “moruğa çevirmək” söhbəti, Rasim Abışovun zədəli olduğu halda imtahandan “5” alması, Vidoşun səfər həngamələri, Yaşar Vahabzadənin təəssüratları  köhnə kaseti videoya taxıb ovaxtkı toylara baxmaq kimi bir şey idi. Tozlu, dumanlı xatirələr, həmin xatirələrdə ön plana çıxan adlar, unudulan epizodik şəxslər, unudulmaz oyunlar bizim Qəbələ səfərimizə işıq saçırdı… 
… Rasim Abışovla söhbət məni ən çox qürurlandıran və kədərləndirən məqamlardan biri oldu. Abışov öz dövrünün ən yaxşı oyunçularından olub və hazırda Stavropol şəhərində uşaq komandasında çalışır. Bu adam Azərbaycandan əlini elə üzmüşdü ki, hətta 2014-cü ildə bitən xarici pasportunun (Rusiya vətəndaşıdır) vaxtını artırmamışdı. Biz Abışova zəng elədik, nitqi qurudu… Özünün dediyinə görə, gecəni yatmayıb və səhər tezdən klubun bazasına yollanıb ki, məni Azərbaycana dəvət ediblər, biletimi alıb, filan qədər xərc çəkirlər.  Klubun cavabı isə belə olub ki, PFL bizim işçi üçün bu fədəkarlığı edirsə, biz də Azərbaycan üçün fədakarlıq edib sənin pasportunu 3 günə alacağıq… Rasim Abışov bunu nəql edəndən sonra mənə müraciətdə dedi ki, oyunun diskini mənə göndərdin . Balalarıma göstərəcəyəm ki, Azərbaycanda mənə necə hörmət edirlər.. Bu sözləri deyib doluxsunmuşdu ki, İlham Məmmədovun əli onun çiyninə qondu və söhbət “Maradona”nın Almaniya sərgüzəştləri ilə davam etdi… 
Məmmədov şirin söhbət əsnasında bildirdi ki, 20 illik futbol karyerası dövründə belə bir təşkilatçılıq görməyib. 
…. Mən bir daha əmin oldum ki, ovaxtkı kolletivlər indikindən çox çox yaxşı olub. İnternetin, komputer və digər cihazların olmadığı bir vaxtda veteranlar arasında daha çox canlı ünsiyyət olub ki, bu qədər maraqlı əhvalatlar meydana çıxıb. Xüsusən də “Qarabağ” veteranları arasında sanki bir ailə bağları vardı. Yaşar Hüseynovla Camaləddin Əliyevin başına yığışanlar  bir qabdan yemək yediklərini danışanda insan özü də həmin kollektivin üzvü olmaq üçün özünü yaxına verir.
Eləcə də Vidadi Rzayevlə Yaşar Vahabzadənin söhbətləri insanda ovaxtkı “Neftçi” barədə fikir formalaşdırır.
…. Əlbəttə,  nəvaxtsa həmin veteranlar arasında müəyyən intriqalar olub. Bəlkə də heyətə düşmək uğrunda mübarizələr meydana gəlib, mübahisələr yaranıb. Amma illər öncə olan həmin qarşıdurmalar Qəbələdə gülüşlə yada salınırdı. Məskunlaşdığımız otelin lobisində az qala səhərə qədər söhbət gedirdi, keçmiş yada salınırdı… Uğurlu gələcək ümidi ilə…
… Sözsüz, səfərin əsas məqsədi 19 il geriyə qayıtmaq, oyun təşkil etmək idi. Bunu hamımız birgə bacardıq. Lakin  oyun bu cür böyük qarşılaşmanın sadəcə, bir hissəsi, epizodu kimidir. Həmin səfərdə o qədər yaddaqalan məqamlar oldu ki, 19 il sonra da xatırlanacaq…
Əsas məsələ odur ki, illər keçdikdən sonra xatırlanasan. Unudulmaq və unutmaq ən böyük dərddir. Tarix yazanları unutmayaq ki tarixlər yazılsın…
Sevgilərlə ELGİZ ABBASOV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm