Ölkə futbolu
Arif Əsədov: "Bu, sensasiya sayıla bilər"
Sabah milli komandamız Avropa Çempionatının seçmə oy…
Sabah milli komandamız Avropa Çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində Norveçlə matça çıxacaq. Futbolinfo.az xəbər verir ki, bu, komandamızın cari tsikldə 3-cü səfər qarşılaşması olacaq.
Sözügedən matçla bağlı ötən mövsümü “Neftçi”də baş məşqçilik edən, hazırda isə işsiz olan Arif Əsədovla əlaqə saxladıq. Saytımıza açıqlama verən təcrübəli çalışdırıcı yığmamızın bir neçə gün öncə Serbiya ilə keçiridiyi yoxlama oyunundakı taktikaya üstünlük verəcəyini bildirdi:
“Düşünürəm ki, baş məşqçimiz Serbiya ilə son matçdakı sistemin üzərində dayanacaq. Ola bilsin ki, bəzi futbolçuları dəyişdi. Amma qurduğu sistem yəqinki, eyni olacaq. Həmin matçda da göründü ki, açıq futbola yox, qapalı oyuna üstünlük verib, rəqibi əks-hücumlarda yaxalaya bilər. İndi komanda yeni baş məşqçinin rəhbərliyi altında daha həvəsli və istəklidi. Yığmamız bu istəyin hesabına səfərdən xal gətirə bilər. Amma bu çox çətin olacaq. Əgər bacarsaq, bu, sensasiya sayıla bilər. Düzdü, biz belə hesab etməsək də, dünya və Avropa futbolunda bu cür qəbul edilə bilər.”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”