Bizi izləyin

Müsahibə

Qriqorçuk: "Bu, ən böyük nailiyyətimizdi"

“Qəbələ”nin çətin vaxtlarında komandaya baş m…

blank
“Qəbələ”nin çətin vaxtlarında komandaya baş məşqçi təyin olunan Roman Qriqorçuk qarşıya qoyulan vəzifənin öhdəsindən gəldi. Komanda onun rəhbərliyi ilə həm avrokuboklara vəsiqə qazandı, həm də Premyer Liqanın mükafatçısı oldu. 50 yaşlı ukraynalı mütəxəssisi qarşıda daha çətin sınaq gözləyir. İndi o, “Qəbələ”nin Avropa Liqasında da uğurlu çıxışını təmin etməyə çalışır. Baş məşqçi açıqlamasında mövsümə yekun vurmaqla yanaşı, "qırmızı-qaralar"ın avrokuboklara hazırlığı ilə bağlı müəyyən mətləblərə də aydınlıq gətirdi. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
“Qəbələ”dəki uğurum karyeramda xüsusi yer tutacaq”
– Əslində, başa çatan çempionatı özüm üçün, belə deyək, marafon məsafəsi kimi qəbul etmirəm. Çünki estafetə yolun yarısından qatıldım. Buna görə də, çempionatın özümə aid olan hissəsinə qiymət verə bilərəm. “Qəbələ” də çalışdığım 4 ayda ciddi işlər gördük. Komanda daxilində yaxşı münasibətə, anlaşmaya nail olduq. Komandanın bütün üzvləri arasında futbola baxışımızın eyni olması inkişafa təkan verən amil oldu. Doğrudu, artıq istədiyimiz futbolu oynadığımızı deyə bilmərəm. Ancaq buna çox yaxınıq. Hesab edirəm ki, bu, ən böyük nailiyyətimizdi. İdmanda əsas olan nəticədi. Biz də buna nail olduq – avrokuboklara çıxdıq, çempionatın mükafatçısı olduq.
– “Qəbələ”də qısa müddətdə uğur qazandınız. Bu uğurun məşqçilik karyeranızda xüsusi yeri varmı?
– Bəli, var. Çünki əvvəlki komandalarımla müqayisədə, “Qəbələ”də nəticəni çox qısa müddətdə, cəmi 4 aya qazana bildim. İndiyədək məqsədə belə sürətlə çatmamışdım. Ümumiyyətlə, “Qəbələ”də az müddətdə çox şey əldə edə bildik.
Hərçənd, heç vaxt demirəm ki, komanda qurmaq üçün uzun müddət, misal üçün 2 il lazımdı. Əksinə, hesab edirəm ki, hər şeyi qısa zamanda etmək olar. Ancaq bunun üçün çoxlu komponent olmalıdı. Təkcə işlə hər şey həll olunmur. Onu deyə bilərəm ki, nəticə əldə etmək üçün bizdə çox imkanlar var. Ancaq daha yüksək səviyyəyə qalxmaq üçün bütün istiqamətlərdə hələ çox işləməliyik.
“Yeni transferlər bizim futbolu oynaya biləcək xüsusiyyətə malikdilər”
– Heyətdə dəyişiklikləri, yeni futbolçuların potensiallarını necə dəyərləndirərdiniz?
– Xidmətində maraqlı olmadığımız futbolçuların adlarını “Bakı”yla oyundan sonra açıqlamağı daha məqsədəuyğun saydıq. Aparıcı hücumçumuz Viktor Mendinin komandada qalmasını istəsək də, son qərarı futbolçu özü verdi. Klubla müqaviləsi bitən kapitan Ruslan Abışovun məsələsi isə hələ açıq qalır. Komandamıza gələnlər isə qapıçı Andrey Popoviç, cinah müdafiəçiləri Arif Daşdəmirovla Məhəmməd Mirzəbəyov və cinah yarımmüdafiəçiləri Samir Zərgərovla Asif Məmmədovdu. Fikrimcə, yeni transferlər bizim futbolu oynaya biləcək xüsusiyyətlərə malikdi. Bundan əlavə, onların insani keyfiyyətlərinə, idman psixologiyalarına yetərincə bələdik. Bu, çox vacib amildi. Belə möhkəm psixologiyaya, güclü iradəyə malik futbolçularla məqsədə çatmaq olar. Transfer siyasətimizdə bu məqamları da nəzərə almağa çalışırıq.
– Yəqin ki, yeni transferlər bununla kifayətlənməyəcək.
– Əlbəttə. Bunlar yeni transferlərin bir hissəsidi və davamı olacaq. Daşdəmirovla Mirzəbəyovu nəzərə alsaq, cinah müdafiəçiləri ilə heyətimizi yaxşı komplektləşdirmişik. Digər xətlərdə də güclənməyimiz vacibdi. Həm yerli, həm də əcnəbi transferlər üzərində işləyirik. Əsas futbolçunun milliyyəti deyil, keyfiyyəti və oyun üslubumuza uyğun gəlməsidi.
“Gürcüstandan güclü komanda dəvət etmək istəyirik”
– Komandanız Avroliqaya hazırlıq məqsədilə Avropanı deyil, Türkiyəni seçdi. Buna səbəb nə oldu?
– “Bakı”yla oyundan sonra komanda 12 günlük istirahətə çıxdı. Hazırlıq yeri seçdiyimiz Ərzurum dağlıq ərazidi, dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdədi. İyunda havalar çox isti keçir. Azərbaycanda həmin vaxt hava şəraiti istədiyimiz rejimdə hazırlaşmağa imkan vermir. Ona görə ölkə xaricini, havanın temperaturunun münasib – orta hesabla 15-18 dərəcə olduğu məkanı seçməli olduq. Bu, bizə böyük həcmdə iş görməyə imkan verəcək. Məhz bu baxımdan, Ərzurum planlarımıza uyğun gəldi.
– Hazırlıqda əsas diqqət fiziki çalışmalara yönələcək, yoxsa…
– Futbola baxışım bəzilərinə qeyri-adi görünə bilər. Mən hazırlığı mərhələlərə bölmürəm. Hesab edirəm ki, futbolçunun hazırlığı kompleks olmalı, təlim-məşq toplanışı futbola aid hər şeyi əhatə etməlidi.
– Avroliqadakı sınaq öncəsi oyun praktikası da vacibdi…
– Əlbəttə. 10 günlük Ərzurum hazırlığı yoxlama oyunları baxımından, sıx olmasa da, həmin müddətdə 2 sınaq matçı keçirəcəyik. İyunun 19-da Qəbələyə qayıdacağıq. Avroliqada ilk oyunu evdə, yaxud səfərdə keçirməyimizdən asılı olmayaraq, iyulun 2-dək doğma məkanda hazırlaşacağıq. İlk matçı səfərdə keçirsək, oynayacağımız ölkəyə 1 gün əvvəl yollanacağıq.
– Yəqin ki, Qəbələdə də yoxlama oyunu nəzərdə tutulub.
– Bəli. Xaricdən bir komanda dəvət etməyi planlaşdırmışıq. Bunun qonşu Gürcüstandan olacağına ümid edirəm. Güclü gürcü komandalarından biriylə qüvvəmizi sınamaq istərdim. Əvvəla, Gürcüstan məsafə baxımından Azərbaycana yaxındı. İkincisi də, Gürcüstan futboluna böyük hörmətlə yanaşırıq.
“Qəbələ”ni Avropada tanıtdırmaq lazımdı”
– İyunun 22-də keçiriləcək püşkdən nə gözləyirsiniz?
– Biz başa düşməliyik ki, püşkatmanın da özəllikləri var. Nə gözləməli olduğumuzu bilirik. “Qəbələ”nin Avropada reytinqi çox aşağıdır. Buna görə də istənilən mərhələdə püşkün bizim üçün münasib olacağını düşünmürəm. Yəni hər mərhələdə bizə güclü rəqiblər düşəcək, hər zaman səpələnməmişlər arasında olacağıq. Ona görə də hətta startda yetərincə ciddi rəqiblə üz-üzə gələ bilərik. Buna çox sakit yanaşmalı, güclü rəqibə qarşı hazır olmalıyıq. Avrokuboklarda nə vaxt səpələnmişlər arasında olsaq, onda münasib rəqiblə düşə bilərik.
– Avroliqada əsas məqsəd nə olacaq?
– İlk növbədə Avropada reytinqimizi, “Qəbələ”nin adını və nüfuzunu qaldırmağı düşünməliyik. Klubu Avropada tanıtdırmaq lazımdır. Bunun üçün isə qələbələr qazanıb, imkan daxilində çox irəliləməliyik. Belə olarsa, növbəti illərdə işimiz asan olacaq. Bundan sonra tanınmış futbolçuları xaricdən “Qəbələ”yə cəlb etmək də çətin olmayacaq.
("Qəbələ qəzeti")
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm