Premyer-liqa
Elnur Abdullayevin yeni klubu bəlli oldu
“Simurq”da olan maliyyə problemləri səbəbindən klubu …
“Simurq”da olan maliyyə problemləri səbəbindən klubu tərk edən yarımmüdafiəçi Elnur Abdullayev özünə yeni klub tapıb. Futbolinfo.az-ın məlumatına görə, 29 yaşlı futbolçu “Sumqayıt”la anlaşıb.
Belə ki, Abdullayev bundan sonra “gənclik şəhər”i təmsilçisinin şərəfini qoruyacaq. O, hazırda “Simurq”dan transfer vərəqəsini gözləyir. Zaqatala klubu onun transfer vərəqəsini verdikdən sonra Abdullayev rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Elnur ötən mövsümün qış fasiləsində "Xəzər Lənkəran"dan "Simurq"a keçmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”