Dünya futbolu
FİFA-nı ifşa edən növbəti faktlar
"Meymun batanda, balasını ayağının altında qoyar". Ata…
"Meymun batanda, balasını ayağının altında qoyar". Atalar məsəli Yozef Blatterli FİFA-nın boynuna biçilib. Batmamaq üçün hamı bir-birini "baqaj"a qoyur. Bu dəfə gündəmi FİFA İcraiyyə Komitəsinin sabiq üzvü zəbt edib.
FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Çak Bleyzer həbs olunmaması qarşılığında ABŞ-la gizli sövdələşməyə getdiyi məlum olub. Onun Federal Təhqiqat Bürosu (FTB) ilə 2013-cü ildə baş tutan anlaşmanın detalları ictimaiyyətə açıqlanıb.
ABŞ FİFA-nın yüksək dərəcəli idarəçilərini ötən ay rüşvət almaqda günahlandırıb, həbs etməsini də məhz bu sənədlər əsasında həyata keçirib.
Tutulduqdan sonra rüşvət, dələduzluq, çirkli pulların yuyulması, vergidən yayınma ittihamlarını qəbul edən 70 yaşlı Bleyzer günahkar bilinəcəyi təqdirdə 75 il həbs cəzası ala bilər. FİFA məmuru bu vəziyyətə düşməmək üçün FTB və ABŞ prokuroluğu ilə gizli sövdələşməyə gedib.
1997-2013-cü illərdə FİFA İK-da yer alan Bleyzer qurumun yüksək vəzifəli məmurlarının həbs edilməsində pay sahibi olan bütün sənədləri 2011-ci ildən ABŞ-ın aidiyyatı orqanlarına ötürüb.
DÇ-1998-də Fransanın, DÇ-2010-da CAR-ın ev sahibliyi etdiyi müddətdə Bleyzerin də tərkində olduğu FİFA rəsmilərinə rüşvət verməsi bu sənədlərə əsasən ifşa olunmuşdu.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”