Premyer-liqa
Ruslan Abışov niyə Türkiyəyə getməyib?
Ruslan Abışovun "Qəbələ" ilə təlim-məşq toplanış?…
Ruslan Abışovun "Qəbələ" ilə təlim-məşq toplanışında olmaması heç də klubdan ayrılması ilə əlaqədar deyil. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Roman Qriqorçuk milliyə dəvət alan futbolçulara istirahət verməyi qərara alıb.
Ukraynalı mütəxəssis Serbiya ilə yoxlama, Norveçlə isə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşmaları nəzərə alaraq, yığma üzvlərinin Türkiyə toplanışına qatılmamasını daha məqsədəuyğun sayıb.
Komanda iyunun 19-da Azərbaycana qayıtdıqdan 2 gün sonra Qəbələdə məşqlərini bərpa edəcək ki, milli üzvləri də həmin vaxt kollektivə qoşulacaq. Amma bir məsələ var ki, "Qəbələ" Avropa Liqasının 1-ci təsnifat mərhələsinə iştirak ərizəsini iyunun 23-dək təqdim etməlidi. Abışovla məsələ isə hələ də həllini tapmayıb. Əgər yaxın 2-3 gündə Ruslan komanda ilə ortaq məxrəcə gələ bilməsə, "Qəbələ" təcili surətdə mərkəz müdafiəçisi axtarışına başlayacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”