Ölkə futbolu
Vobay "ağıllanıb"
Bir neçə gün öncə “Neftçi” ilə …
Bir neçə gün öncə “Neftçi” ilə müqaviləsi başa çatan syerra-leoneli yarımmüdafiəçi Julius Vobay ölkəsinin mətbuatına qalmaqallı açıqlama vermişdi. Futbolinfo.az saytı onun müsahibəsini dərc etmişdi.
Vobay “Neftçi” 4 aylıq qalan borcunu ödəsə də, bu komandaya qayıtmaq niyyətində olmadığını, habelə "Neftçi" öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, FİFA-ya şikayət edəcəyini dilə gətirmişdi.
Bu gün saytımıza danışan afrikalı futbolçu dediklərini təkzib etdi. O bildirdi ki, bu fikirlər səhv yazılıb: “Fikirlərim təhfrif olunub. Elə bir şey deməmişəm. Jurnalistlər məndən “Neftçi”yə qayıdacağım barədə soruşdular. Dedim ki, müqaviləm bitib, necə qayıdım? Klub yeni müqavilə təklif etməyib. Ona görə də oraya qayıda bilmərəm. “Neftçi”yə qayıtmaram” deməmişəm”.
Vobay “maaşım ödənsə də, dönmərəm” demədiyini iddia edir: “Düzdü, 4 aylıq maaşımı almamışam. Hələ də gözləyirəm. Amma bu, “Neftçi”yə qayıtmayacağım anlamına gəlmir. Əgər yeni müqavilə təklifi gələrsə, oturub, danışa bilərik. Razılaşsaq, yenidən Azərbaycana qayıdaram”.
Fİkirləri təhrif olunan insan ilk növbədə həmin mətbu orqanına müraciət edər və hüquqlarını tələb edər. Vobay isə bu yöndə heç bir addım atmayıb. Başqa sözlə, yarımmüdafiəçinin dediklərinin təhrif olunması həqiqətdən çox uzaqdı. Bəs səbəb nə ola bilər? Burada yalnız ehtimal nəzəriyyəsinə söykənib, fikir yürütmək olar. Böyük ehtimalla syerra-leoneli futbolçu hansısa klubla danışıqlarının son mərhələsində imiş. Lakin elə həmin mərhələdə işləri düyünə düşüb və sövdələşməsi baş tutmayıb. Klubsuz qalan Vobay da müxtəlif klublara tilov atır. Bunlardan biri də qoy olsun "Neftçi".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”