Milli komanda
Baş katib millinin üzvləri ilə görüşdü – FOTO
Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmməd…
Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov çimərik futbolu üzrə Azərbaycan milli komandası ilə görüşüb. Futbolinfo.az xəbər verir ki, baş katib Bakı-2015 Birinci Avropa Oyunlarında iştirak edəcək millimizə AFFA-nın prezidenti Rövnəq Abdulayevin adından uğurlar arzulayıb və qeyd olunub ki, belə bir möhtəşəm idman tədbirində çıxış etmək qürurvericidi.
Milli komandanın baş məşqçisi Jose Miguel Mateus və kapitan Emin Kürdov çıxış edərək mötəbər yarışda mübarizə aparmağın böyük şans olduğunu bildiriblər və yaxşı nəticə qazanmaq üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər. Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və baş katib Fərid Axundov görüşdə iştirak edib.
Xatırladaq ki, millimiz Bakı-2015 Birinci Avropa Oyunlarında A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna komandaları ilə mübarizə aparacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”