Premyer-liqa
"Xəzər Lənkəran" yeni futbolçuları ilə nə vaxt müqavilə bağlayacaq?
Növbəti mövsümə hazırlıqlarını davam etdirən &ld…
Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” heyətini yeni futbolçularla gücləndirir. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" Vüqar Nadirov və Rəşad Eyyubovla artıq bütün məsələlərdə razılığa gəliblər.
Əldə etdiyimiz məlumata görə, Cənub klubu bu gün hər iki futbolçu ilə müqavilə bağlayacaq.
Bundan əlavə, Vaqif Cavadovu da artıq “Xəzər Lənkəran”ın futbolçusu saymaq olar. Belə ki, hücumçu ilə razılaşma əldə olunub. Onunla da yaxın günlərdə saziş imzalanacaq. Cənub təmsilçisinin qarşıdakı günlərdə bəzi legioner futbolçuları da heyətə qatacağı deyilir.
Qeyd edək ki, ötən mövsüm başa çatdıqdan sonra Vüqar “Qarabağ”dan, Rəşad “Simurq”dan ayrılıb. Vaqif isə arxada qalan çempionatı Türkiyənin “Boluspor” komandasında keçirib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”