Dünya futbolu
Arda Turan: “Menecerim 3-4 klubla danışıqlar aparır”
“Atletiko”nun yarımmüdafiəçisi Arda Turan Ma…
“Atletiko”nun yarımmüdafiəçisi Arda Turan Madrid klubundan ayrılıb, “Barselona” ilə razılığa gəldiyi haqda yayılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, türkiyəli ulduz futbolçu şəxsi “tvitter” hesabından yayılan məlumatların yalan olduğunu bildirib:
“Haqqımda yayılan transfer xəbərləri həqiqətə uyğun deyil. Menecerim 3-4 klubla danışıqlar aparır. Yenilik olarsa buradan məlumat verəcəm”.
Qeyd edək ki, 28 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin yaxından maraqlandığı deyilir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”