Müsahibə
Zaur Svanadze: "Futbolçularım qəhrəmandı!"
"İnter" – "Hafnarfyordur" qarşılaşmasından so…
"İnter" – "Hafnarfyordur" qarşılaşmasından sonra paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis yetirmələrini qəhrəman adlandırdı.
– Əvvəlcədən bilirdik ki, çətin oyun olacaq. Birinci hissədə pis oynamadıq. Ancaq fasilədən sonrakı ilk dəqiqələrdə bərbad oynadıq. Yaxşı ki, oyunun gedişatında dönüş yarada bildik. Bu cür oyunla "Atletik"ə qarşı heç nə edə bilmərik. Mütləq artırmalıyıq. Ancaq bu gün uşaqların hər birinə təşəkkürümü bildirirəm. Hansı şəraitdə hazırlaşdığımızı bilirsiniz. Futbolçularımız qəhrəmandı!
– "İnter" ötən illərdə penalti seriyalarında məğlub olmuşdu. Bu dəfə necə, bu cür seriyaya hazırlaşmışdınızmı?
– Xeyr, nə hazırlaşmışdıq, nə də penalti seriyasına qalmaq istəyirdik. Çünki acı təcrübəmiz var.
– Xeyr, nə hazırlaşmışdıq, nə də penalti seriyasına qalmaq istəyirdik. Çünki acı təcrübəmiz var.
– Hesabda 1:2 geri olarkən, Denis Silvanı yanınıza çağırdınız. Lakin qırmızı vərəqə verildikdən sonra fikrindən danışdı. Doğrudanmı müdafiəni gücləndirməyi düşünürdünüz?
– Yox-yox, Denis mərkəzdə oynaya bilən futbolçudu və mən də həmin mövqeyi gücləndirməyi düşünürdüm.
– Yox-yox, Denis mərkəzdə oynaya bilən futbolçudu və mən də həmin mövqeyi gücləndirməyi düşünürdüm.
– Komandanız standart vəziyyətlərdə xoş təsir bağışlamırdınız.
– Hər gün standartlar üzərində çalışırıq. Müxtəlif kombinasiyalar üzərində hətta bu gün səhər çalışmışıq.
– Hər gün standartlar üzərində çalışırıq. Müxtəlif kombinasiyalar üzərində hətta bu gün səhər çalışmışıq.
– Qol vuran Abbas Hüseynovu İlkin Qırtımovla əvəzlədiniz. İlkin də xoş təsir bağışlamadı.
– Abbas əzələsini dartmışdı. Özü əvəzetməni xahiş etdi.
– Abbas əzələsini dartmışdı. Özü əvəzetməni xahiş etdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”