Premyer-liqa
“Rəvan” vaxt istədi
Peşəkar Futbol Liqasının rəsmi saytında Premyer Liqa klubların?…
Peşəkar Futbol Liqasının rəsmi saytında Premyer Liqa klublarının iştirak ərizələrinin təqdimetmə tarixləri əks olunub. Prosesə avqustun 1-dən başlamalı olan klublar, hər iş günündə, gündə ikisi olmaqla heyətlərini təqdim etməlidilər.
Təqvimə uyğun olaraq, avqustun 1-də “Kəpəz” və “Zirə”, avqustun 3-də isə “Rəvan” və “Sumqayıt” iştirak ərizələrini təqdim etməli idilər. Vəziyyətlə bağlı PFL-in Texniki İdman şobəsinin rəisi Zamiq Hüseynovla əlaqə saxladıq.
Həmsöhbətimiz işlərin planlı şəkildə davam etdiyini vurğuladı: “Təqvimi sırf öz rahatlığımız üçün tutmuşuq. Yəni, göstərilən tarix klublar üçün son gün kimi qəbul olunmamalıdı. Buna baxmayaraq, 4 klubdan üçü ilkin versiyada iştirak ərizələrini təqdim ediblər. Yalnız “Rəvan” əlavə 2 gün istəyib ki, bu da başadüşüləndi. Çünki komanda yeni yığılmağa başlayıb. Digərlərinə gəlincə, hər birində müəyyən çatışmazlıqlar var. Məsələn, 25 futbolçudan 23-nün adına dair problem yoxdu. İştirak ərizələrinin ilkin versiyalarını saytda yerləşdirsək, bu, KİV tərəfindən çoxsaylı suallara təkan verəcək. Hər bir adına rast gəlinməyən oyunçuya görə suallar səslənəcək. Ona görə də belə qərara almışıq ki, bütün klubların iştirak ərizələri tam qaydasına düşəndən sonra saytımızda yerləşdirək”.
Qeyd edək ki, Premyer Liqaya avqustun 8-də start veriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”