Ölkə futbolu
"Xəzər Lənkəran" hələ də gözləyir
“Xəzər Lənkəran”ın yay transfer dönəmində g&ou…
“Xəzər Lənkəran”ın yay transfer dönəmində göstərdiyi fəallıq, cənubluların cari mövsümdə medallara iddialı olacağından xəbər verir. Lakin komandanın transferlərinə İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı çıxmayanadək klub transferlərinə rəsmi don geyindirə bilməz.
Belədə, CAS-ın qərarı səslənməyənədək lənkəranlılar rənglərinə qatdıqları yeni futbolçuları meydana buraxa bilməz. Bəs ilk 3 turda Yunis Hüseynovun ixtiyarında lazımi sayda futbolçu olacaqmı? Sualı baş məşqçiyə ünvanlamaq istəsək də, zənglərimizi cavabsız qoyan çalışdırıcı, alternativ varianta əl atmağımızı şərtləndirdi.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında bunları dedi: “Əlbəttə, CAS lehimizə qərar verməsə, ilk 3 turda işimiz çətin olacaq. Təqribən 13-14 futbolçunun xidmətindən istifadə etməli olacağıq. Ancaq ümid edirik ki, İdman Arbitraj Məhkəməsi lehimizə qərar qəbul edəcək və komplektləşmiş heyətlə ilk turdan mübarizə aparacağıq”.
Əlavə edək ki, CAS-ın cənub klubu ilə bağlı qərarı bu həftə məlum olacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”