Ölkə futbolu
UEFA "Qəbələ" ilə oyuna görə gürcüləri cəzalandırdı
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları &…
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Dinamo" – "Qəbələ" matçındakı hadisələri bağlı qərarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ali qurum "Dinamo Arena"dakı olaylara görə Tiflis klubunu cəzalandırıb.
Sözügedən oyunun gedişində gürcü azarkeşlərin təxribatçı hərəkətlərini müzakirə edən UEFA “Dinamo”nu bir oyunluq cəzalandırıb. Bu səbəbdən də Tiflis təmsilçisi UEFA bayrağı altında növbəti matçını azarkeşsiz keçirməli olacaq. Bundan əlavə, gürcü klubu 20 min avro məbləğində də cərimələnib.
Qeyd edək ki, həmin matçda tiflislilər 2:1 hesabı ilə qalib gəlsə də, cavab görüşündə rəqibini 2 cavabsız qolla üstələyən Azərbaycan təmsilçisi mərhələ adlamışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”