Bizi izləyin

Ölkə futbolu

Teleanormallıq jurnalistlərin gözündə – SORĞU

Azərbaycan Premyer Liqasının oyunlarının yayım hüququnun CB…

blank
Azərbaycan Premyer Liqasının oyunlarının yayım hüququnun CBC kanalına verilməsinə münasibət heç də birmənalı deyil. Amma biz işi futboldan danışmaq, yazmaq olan jurnalistlərə tribuna verdik. Görəsən, onlar AFFA-nın tenderlə “bağışladığı” teleyayımla bağlı nə düşünür?
 
1. Azərbaycan çempionatının yayım hüququnun CBC satılmasına münasibətiniz necədi?
2. Adıçəkilən kanalın ilk vaxtlarda matçları rusca şərh etməsinə münasibətiniz necədi? Ümumiyyətlə, dövlət dili Azərbaycan dili olan ölkədə oyunların rusca şərh olunması nə dərəcədə düzgündü?
3. Sizcə, bunun günahı kimdədi? AFFA-da, yoxsa çempionata yaxın durmayan yerli telekanallarda?
4. CBC kanalını izləyirsizmi? İzləmirsinizsə, bundan sonra o kanala abunə olmaq fikriniz varmı?
 
“Təsəvvür edin ki, Bundesliqa oyunlarını Almaniyada fransız dilində şərh edirlər”
 
Siyavuş Əliyev (AzTV)
1.Mənim üçün heç maraqlı deyil. Münasibətim belədi. 
2. Azərbaycan çempionatıdısa, oyunlar Azərbaycan dilində şərh olunmalıdı. Dünyanın heç bir yerində belə şeyə rast gəlinməyib ki, hansısa ölkənin çempionatı həmin yerdə başqa bir dildə yayımlansın. Təsəvvür edin ki, Almaniya çempionatının oyunlarını Almaniyada fransız dilində şərh edirlər. 
3. Bilmirəm .
4. İndiydədək izlədiyim vaxtları üst-üstə hesablasaq, 1 saat eləyər. Maraqlı oyunlar olsa, izləyərəm. Adətən, mən Azərbaycan çempionatının oyunlarını izləmirəm. Mənim üçün maraqlı deyil. 
 
 
"Yayıma ayrılan pullar nəvaxta qədər yeyilməlidi?"
 
Əli Sahib (fanat.az)
1. Çempionatın yayımı üçün tender elan olunmuşdu. Bu prizmadan yanaşsaq, hər hansı bir kanalın sözügedən tenderdən qalib ayrılması normaldı. Anormallıq da var. Daş düşsün o televiziyanın başına ki, adını İdman TV qoyub boyat oyunlar göstərib dövlətin pulunu mənimsəməklə məşğuldurlar. Danışdırsan, "ölkədə idmanın inkişafında cənab prezidentin kursunun təbliğatçısı və carçısıyıq" deyəcəklər. Ayıb olsun o kanalın rəhbərliyinə!
2. Əgər ölkədə bu sahəyə təhkim olunanlar işini və məsuliyyətini dərk etmirsə, neyləmək olar? Qoy CBC kanalı bacardığı kimi, istədiyi şəkildə yayımlasın. Yəni, hal-hazırda baza imkanları nəyə çatırsa. Rus dilində olmasına razıyam, təki çempionat yayımlansın. Bu, həm də müvəqqətidi. Yaxşı olacaq.
3. AFFA-nı həmişə tənqid edirik – səhvinə səhv, düzünə düz demişik. İndi isə günah AFFA-da deyil. Nə etməli idilərsə, etdilər. Tenderə çıxartdılar, alan alsın. Çünki AFFA-da da bilirlər ki, dövlət “İdman Azərbaycan”a bunun üçün pul ayırır. Yayıma ayrılan pullar nəvaxta qədər yeyilməlidi? AFFA tamamilə haqlıdı.
4. CBC kanalına baxıram. Maraqlı kinolar verilir. Anlaşılan odur ki, bundan sonra daha sıx baxacam. Həm də çoxdandı iş başında görmədiyim dostumun da şərhini eşıdəcəm yəqin. Şəmsəddin Abbasovu deyirəm. Yaxşı olar ki, Emin Abbasovu da dəvət etsinlər. Məncə, maraqlı olacaq. İzləyək!
 
“Oyunların rus dilində şərhi müstəqilliyin bütün əlamətlərinə tüpürməkdi”
 
Mahir Rüstəmli (Futbol+)
1. Dövlət büdcəsindən maliyyələşən “İdman Azərbaycan” futbolun təbliği yolunda heç bir fədakarlıq göstərmirsə (avrokubok oyunlarının yayını ətrafındakı başıpozuqluq bunu bir daha göstərdi), bu boyda ölkənin futbolu Arif Alışanovun mücərrəd maraqlarından asılıdırsa, yayın hüququnun CBC kanalına satılmasında və ya bağışlanılmasında qeyri-adi bir şey görmürəm. Amma mövsümün startına cəmi bir neçə gün qalmış klubların hər birinə 70 min manat çatacaq deyə, belə ciddi eksperimentə əl atmaq məni qorxudur.
 2. Bu məqama münasibətim çox pisdi. Ümumiyyətlə, şərh olunası məqam deyil. Futbola baxan auditoriya əsasən yeniyetmələrdən ibarətdi, onlar isə yumşaq desəm, rus dilindən bixəbərdi. Kəsəsi, oyunların rus dilində şərhi müstəqilliyin bütün əlamətlərinə tüpürməkdi.
3. Həm AFFA və PFL-də, həm də yerli telekanallarda. Bir tərəfdən, bizim hələ auditoriyanın zövqünü oxşayacaq dərəcədə güclü çempionatımız və yığmalarımız yoxdu ki, futbol böyük maraq doğursun, oyunların yayını ciddi reklam büdcəsi toplasın. Amma digər tərəfdən, az qala milyonluq auditoriyası olan “Seltik” və ən azı 100 minlik auditoriyası olan “Rudar”la oyunların təcrübəsi göstərdi ki, telekanalları heç ictimai maraq da düşündürmür. Sadəcə, onlar futbola pul xərcləmək istəmir. Bilirsiz, manıs tayfasının hesabına daha asan yolla pul qazanmaq mümkünsə, heç kim futbolun dalınca qaçmayacaq. Bu isə artıq qlobal problemdir.
4. Evdə “ATV+”in “Standart” paketini işlədirik deyə, bəzən bu kanala baxıram. Amma indi işdə də bu paketə qoşulmalı olacağıq. İstənilən halda, futbol işimizdi, deməli, baxmağın da çətinliklərinə qatlaşmalıyıq.
 
“Yayım hüququ klubların özünə verilsin”
Amal Abuşov (müstəqil jurnalist)
1. Məncə bu addım əlacsızlıqdan atılıb. Məlum məsələydi ki, bu qiymətə başqa kanallar yayım hüququna yaxın durmayacaq. Bu mənada CBC-nin sinəsini irəli verməsi təbii qarşılanmalıdı. 
2. Bir neçə gün əvvəl Dövlət dili günü qeyd olunurdu. Biz çalışmalıyıq ki, öz dilimisə həmişə sayğı göstərək. Bu baxımdan oyunların rusca yayınlanmasını doğru saymıram. 
3. Günah hər ikisindədi. Azərbaycan çempionatı telekanallarımız üçün cəlbedici deyil. AFFA çalışmalıydı ki, yayım hüququ klubların özünə verilsin, hər kəs öz oyunu istədiyi formada yayımlasın.
4. Bəli, CBC-i izləyirəm. Evdəki kabel operatoru bu kanalı təqdim edir. Maraqlı bədii filmlər göstərirdilər. Deməli, bundan sonra futbola da baxacağıq.
 
"Bu, inkişaf metodikasıdı, futbol kanalı yaratmağa çalışmalıyıq"
 
Emin Abbasov (sportal.az)
1. Ötən ilin dekabrında da bu haqda yazmışdım ki,bizdə ayrıca futbol kanalı olmalıdı. Nəzərə alsaq ki, CBC kanalı AFFA və SOCAR-ın rəhbərliyinə məxsusdu, onun adıçəkilən kanalın nəznində yaradılması sərf edirdi. CBC-sport bu gün yaradılsa, məncə, eyni tərzdə işləyəcək. Mən buna əla baxıram, münasibətim də yaxşıdı. Çünki biz futboldan gəlir götürmək, klublara pul vermək istəyiriksə, bu pul hardansa götürülməlidi. Gəlir götürmək istəyirlərsə, bu, çox yaxşı vasitədi. Azərbaycanda bu işi keyfiyyətlə görsək, pul qazanmaq olar. Amma bu işlər peşəkar və keyfiyyətli şəkildə görülməlidi. Əgər bunları peşəkar səviyyədə həyata keçirsələr, mən bir televizyaçı kimi sizi əmin edirəm: ilk ilindəcə 80 min, sonrakı illərdə 150-200 min abunəçi toplayıb müəyyən qazanc əldə etmək olar. Əgər pul qazanmaq istəyiriksə, bu da bir vasitədi. Amma burda bir nüans da var ki, gərək bölgə klubları çox olsun. Bu gün bölgələrdə futbola daha çox baxırlar. Əminəm ki, "Xəzər Lənkəran" çempionatda iddialı çıxış etsə, cənub bölgəsindən 50-60 min abunəçi toplamaq olar. Həmçinin, digər rayon və şəhərlərdən 50-100 min abunəçi olsa, hansı rəqəmlər alınar. Ona görə də ideya olaraq pis deyil. 
2. Oyunların rusca şərh olunması çox yanlış qərardı. Məncə, çalışmaq lazımdı ki, ilk vaxtlar oyunlar azərbaycanca şərh olunsun. CBC də İnteraz kanalı kimi beynəlxalq kanaldı, orda rus dilində yayımlana bilər. Amma siz fikir versəniz, orda da xəbərlər Azərbaycan dilində verilir.
3. Mən buna günah yox, bir çevriliş kimi baxıram. Bu, inkişaf metodikasıdı, futbol kanalı yaratmağa çalışmalıyıq. Bunu "İdman Azərbaycan" və ya digər kanalların yayımlamaq istəməməsi ilə əlaqələndirməməliyik. Bəzi ölkələrdə dövlətin futbol kanalları ola-ola özəl idman kanalları da var. Biz də nəvaxtsa bu cür etməliyik. Marketinq budu. Pul qazanmaq istəyirsənsə, nə isə yaratmalısan. Razıyam, Azərbaycanda futbolun səviyyəsi geriləyib. Amma bölgə komandaları çoxalsa, ölkəmizdə futbola baxanların da sayı artar.
4. Mütəmadi izlədiyimi deyə bilmərəm. Amma bir neçə marağımı çəkən veriliş oub, baxmışam. Düzdü, indi ödənişli deyil, əgər mən dediyim şərtlərə cavab verəcəksə və  qiymərlər normal olarsa məmnuniyyətlə abunəçi olaram. Həmin CBC-sport ödənişli kanal olsa belə, həftədə 1 matçı dövlət kanalına pulsuz verməlidi. İmkanı olmayan azarkeşləri də nəzərə almalıyıq. Rusiyada da bu praktika var.
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-28 09:31

“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

blank
Premyer-liqa2024-04-28 09:10

Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Digər idman növləri2024-04-28 08:17

Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

blank
Ölkə futbolu2024-04-28 08:00

“Səbail”in SABAHa ümidi qalmadı

blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm