Müsahibə
Zaur Svanadze: "Atletik"i parça-parça edərdik"
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşıla…
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində İspaniya “Atletik”ini qəbul edəcək “İnter”in baş məşqçisi Zaur Svanadze səfərdə aldıqları 0:2 hesablı məğlubiyyətə baxmayaraq, nikbinliyini itirməyib. Gürcü mütəxəssis futbolinfo.az saytına verdiyi müsahibədə Azərbaycanın klub reytinqinin artması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
– Hazırlıqlarımız planlaşdırdığmız kimi davam edir. Sevindiricidi ki, sıralarımızda zədəli futbolçu yoxdu və uşaqlar var gücləri ilə cümə axşamı baş tutacaq görüşə hazırlaşırlar.
– Bilbaoda keçirilən görüşdə böyük hesab qeydə alınmasa da, yetirmələriniz rəqib çərçivəyə bir zərbə belə endirmədilər. Bakıda az da olsa, fərqli “İnter” görəcəyikmi?
– İspaniyada da hücum etmək istəyirdik. Ancaq etiraf edim ki, rəqib futbolçuların səviyyəsi istədiyimizi həyata keçirməyə imkan vermirdi. O ki qaldı sualınızın ikinci hissəsinə, əminəm ki, Bakıda fərqli oyuna şahidlik edəcəksiniz. Doğma “divarlar arası”nda daha aqressiv futbol oynayacağıq. Çalışıacağıq, mərhələni adlaya bilməsək də, heç olmasa Azərbaycanın klub reytinqinə xallar qazandıraq.

– Futbolçularınızın “Atletik”lə oyuna çıxmaqdan imtina etdikləri bildirilir.
– Klubda maliyyə durumu ağırdı. Ancaq İspaniya nəhənginə qarşı oyuna çıxmaqdan imtina etmələri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Çünki bu, dezinformasiyadı.
– Klubda maliyyə durumu ağırdı. Ancaq İspaniya nəhənginə qarşı oyuna çıxmaqdan imtina etmələri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Çünki bu, dezinformasiyadı.
– Sonda nostalji bir sual vermək istərdim. 1981-ci ildə Kuboklar Kubokunu başı üzərinə qaldıran Tiflis “Dinamo”su “Atletik” səddini adlaya bilərdi?
– Onları parça-parça edərdik!
– Onları parça-parça edərdik!
– Yəni, Zaur Svanazdze meydanda olsaydı…
– Yox-yox, söhbət bir tək Zaurdan getmir. Sadəcə, həmin heyəti gözümün önünə gətirəndə… Unudulmaz komanda idi. Ancaq bu, futboldu. Hər kəsin bir dönəmi. Sabah meydana “İnter” çıxacaq, Svanadze isə bu komandanın sadəcə, baş məşqçisi olacaq.

CEYHUN ƏLİYEV
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”