Dünya futbolu
UEFA Avroliqadakı qalmaqallı matçla bağlı qərarını verdi
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhə…
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində yarımçıq dayandırılan "Kukesi" (Albaniya) – "Legiya" (Polşa) matçı ilə bağlı qərarını verib. Futbolinfo.az xəbər verir ki, meydan sahibi komandaya 3:0 hesablı texniki məğlubiyyət edib.
Buna qarşılaşma zamanı meydan sahiblərinin azarkeşlərindən birinin etdiyi hərəkət səbəb olub.
Qeyd edək ki, sözügedən matçın ikinci hissəsinin əvvəlində meydana daş atılıb. Həmin daş Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Futbolçu meydandan xərəklə aparılıb. Baş verənlərə görə görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu