Ölkə futbolu
Problem həll olundu: "Xəzər Lənkəran"ın legioneri gəlir
“Xəzər Lənkəran”ın fransalı hücumçu Lima…
“Xəzər Lənkəran”ın fransalı hücumçu Limam Seydinin müqavilə bağlamağa Azərbaycana gəlməsi üçün biletini ləğv etdiyini yazmışdıq. Futbolinfo.az xəbər verir ki, tərəflər yenidən razılığa gələ biliblər.
Belə ki, klub futbolçunun biletini ləğv etməyib, lakin anlaşılmazlıq nəticəsində futbolçu Bakıya uçmayıb. Artıq klub forvarda yeni bilet alıb. Nəticədə Limam Seydi avqustun 6-da Azərbaycana gələcək.
Bilet məsələsinin ləğvində isə sadəcə anlaşılmazlıq olub. Klub futbolçu üçün bilet alsa da, meneceri Lənkəran təmsilçisinə onun “Xəzər Lənkəran”ın təklif etdiyi məbləğə çıxış etmək istəmədiyini bildirib. Lakin sonradan aydın olub ki, məsələ tamam başqa cürdü. Klubla birbaşa əlaqə saxlayan futbolçu “ağ-yaşıllar”la razılığa gəlib. Futbolçu özü də bu barədə danışıb: “Aramızda anlaşılmazlıq olmuşdu. Hazırda məsələ yoluna qoyuldu və avqustun 6-da Azərbaycanda olacam”.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu