Premyer-liqa
AFFA təzyiqə dözmədi: Oyunlar Azərbaycan dilində yayımlanacaq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbo…
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi – CBC TV kanalı – Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi. Futbolinfo.az xəbər verir ki, oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın youtube (AFFA Official ) kanalında nəzərdə tutulurdu.
CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında "CBC Sport" kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdi.
AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”