Bizi izləyin

Ölkə futbolu

Qonaq getdiyimiz qonşu bayramı

UEFA Superkubokunun finalına stadiondan baxmaq hər azərbaycanlıya …

blank
UEFA Superkubokunun finalına stadiondan baxmaq hər azərbaycanlıya qismət olmur. Əvvələr həlledici qarşılaşmalar Monakoda keçirildiyindən bu cür matçları ən yaxşı halda televizya qarşısında izləmək mümkün idi. Sadə azərbaycanlı üçün knyazlıq dövlətinə getmək olduqca çətindi.
UEFA qaydalara dəyişiklik edib bu oyunu təşkil etmək hüququnu müxtəlif şəhərlərə verəndə də durum dəyişməmişdi. Sadə vətəndaş bir yana, məlum maddi durum üzündən jurnalistlərin də həmin oyunlara yollanması mümkünsüz idi. Amma bizim də bəxtimizə gün doğdu – final matçı özü ayağımıza gəldi.
 "Barselona" – "Sevilya" matçının Tiflisdə keçirilməsindən sonra azərbaycanlı azarkeşlərin də bu cür möhtəşəm qarşılaşmanı canlı izləmək şansı yaranmışdı. Düzdü, adıçəkilən klubların heç birnin azarkeşi olmamağım və ən əsası, maddi imkanlarımın Tiflisə getməyə imkan vermədiyini nəzərə alsaq, matçı tribunadan izləmək planlarıma daxil deyildi. Amma qarşılaşmadan 2 gün öncə AFFA-nın etdiyi təklif lap göydəndüşmə oldu. Qurum bir çox KİV vasitələrindən həmkarlarımızı yığıb bu möhtəşəm qarşılaşmaya göndərəcəyini bildirdi…
Düzdü, bu qarşılaşmaya media mənsubu kimi yox, azarkeş kimi gedirdik. AFFA güman ki, UEFA-nın onlara göndərdiyi biletləri bizə təqdim etmişdi. Amma olsun, AFFA-nın nəcib təşəbbüsü də maraqlı alındı və bunun üçün təşəkkürümüzü bildiririk.
Avqustun 10-u saat 10:00-da AFFA-nın binasının qarşısından yola çıxan avtobus üzü Tiflisə, həlledici qarşılaşmanın keçiriləcəyi şəhərə yol aldı. Bu, mənim üçün bir yenilik idi. Heç vaxt ölkə xaricində olmadığımdan və ilk dəfə həmkarlarımla belə uzun səfərə çıxmaq həqiqətən də çox maraqlı idi.
"Kampaniyay"a AFFA nümayəndəsi Etibar Tağıyev nəzarət edirdi. Bəri başdan qeyd edim ki, 3 günlük müddətdə səfərin yüksək səviyyədə keçməsi üçün o, hər şeyi etdi.
Tiflisə çatana kimi deyib-gülən KİV əhli uzaq yolun cansıxıcı keçməyinə imkan vermədi. Təxminən, 8-9 saatlıq yoldan sonra nəhayət, Azərbaycan – Gürcüstan sərhəddinə, Sınıq Körpüyə çatdıq.
Başına gələn başmaqçı olar, Bakıda "Qarabağ"ın oyunlarında çəkdiklərim azmış kimi burada da "tanış simalar"la qarşılaşdım. Keçid məntəqəsində avtobusdan düşəndə ilk qarşıma çıxan şəxsi görəndə hər ikimiz təəccübləndik. Bu, "Qarabağ"ın matçlarından öncə stadionun qabağında bilet satan "qara bazar"ın işbazlarından idi. Təbii ki, əlində bir dəstə biletlə yenə iş başında idi. Məni onları ifşa edən yazılarımdan tanıyan "mütəxəssis" heç nə olmayıbmış kimi, ona müştəri tapmağımı da xahiş etdi.
"Tanış"ımla vidalaşıb gömrük-keçid məntəqəsinə yaxınlaşdım. 15-20 dəqiqəlik gözləmədən sonra nəhayət, neytral əraziyə keçə bildim. Gürcüstanın keçid məntəqəsində – bizimkindən fərqli olaraq – növbə yox idi, hamı çox rahatlıqla ölkəyə daxil olurdu. Məntəqəyə yaxınlaşanda ilk diqqətimi çəkən pasporta möhür vuran gömrük işçisi oldu. Üzündən zəhrimar yağan bu şəxs insanlara sanki nifrətlə baxırdı. Pasportuma vurulan minnətli möhürdən sonra nəhayət, yoluma davam edə bildim.
Marneulidən Tiflisə gedənə qədər yolboyu Azərbaycan nömrə nişanlı çox maşın qarşımıza çıxırdı. Lakin paytaxta yaxınlaşdıqca onların sayı azalırdı.
Tiflis ilk baxışdan müasir şəhər kimi görünmür, qədimliyini qoruyub saxlayır. Şəhərdə Bakıdakı kimi yeni tikililərə, göydələnlərə az rast gəlinir. Əvəzində tarixi abidələr göz oxşayır. Burada da yolların qazılması, bir çox yerlərdə təmir-tikinti işlərinin aparılması "dəbdədi".
Yerli vaxtla təxminən 21:00-da bizə ayrılan məskənə gəlib çatdıq. "Arena" adlanan bu yer idman kompleksinin mehmanxanası idi. Hamı öz otağında yerləşib bir az dincəldikdən sonra axşam yeməyi üçün foeyə yığışdı. Elə bu vaxt AFFA-nın baş katibi Elxan Məmmədov da jurnalistlərə baş çəkmək üçün bu məkanda idi. Hamı ilə bir-bir görüşən Məmmədov jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayevin salamını çatdırdı və bizə çatmalı olan biletləri Etibar Tağıyevə təqdim etdi.
Elxan bəy sağollaşıb getdikdən sonra şam yeməyi üçün Tiflis restoranlarından birinə (Begheli) getdik. Buradakı restoranların Bakıdakından ucuz olacağını gözləsək də, belə deyildi. Yeməklərin qiyməti demək olar ki, Bakıdakı ilə eyni, hətta bir az da baha idi. Amma hesabı AFFA ödədiyindən bu bizi elə də narahat etmirdi. Təbii ki, bu, bir zarafatdı.
Oyun günü – avqustun 11-də səhər yeməyindən nahara kimi tam boşluq idi. Fürsətdən istifadə edib həmkarlarımızdan Yusif Hüseynov və Ceyhun Əzizli ilə Tiflisi gəzməyə çıxdıq. Taksilərin çox ucuz olduğu şəhərdə sükanı sağda olan maşınların çoxluğu mənim üçün qəribəlik idi.
Finalda iki ispan klubu qarşılaşsa da, Tiflisin mərkəzində Pireney yarımadasından gələnlərdən çox azərbaycanlı var idi. Qonşu ölkəyə qonaq gəlmiş həmyerlilərimizi danışıqlarından, geyim tərzlərindən fərqləndirmək olurdu. Burada da "qara bazar" nümayəndələri az deyildi. Onlar axşamkı görüşün biletlərini bir neçə dəfə baha qiymətə satmaqla məşğul idi. Tiflis küçələrində onsuz da az-az görünən polislər də onlara mane olmurdu.
Oyunun başlamasına 3 saat qalarkən final meydanı olacaq Boris Payçadze adına stadiona yollandıq. Arenaya aparan bəzi yollar bağlı olduğundan təxminən 1 km-ə yaxın məsafəni piyada keçdik. Stadionun qarşısına çatdıqda isə gözləmədiyim mənzərə ilə qarşılaşdım. Çünki bu cür vacib oyunöncəsi stadiona girişdə səliqə-səhman var idi. Hanısa tıxaca, narahatlığa rast gəlmədik. Bunun səbəbi isə arenaya bütün istiqamətlərdən girişin olması idi. Tofiq Bəhramov adına Respubilka stadionunda cənub darvazaları hansısa restoranların işinə mane olmamaq, digər qapılar avtomobil yolundakı gəliş-gedişə mane olmamaq üçün bağlı saxlanılırsa, camaat yalnız metro istiqamətindən stadiona yönəldilirsə, Tiflisdə örnək götürüləsi mənzərə var idi. Təhlükəsizliyə nəzarət edən polis işçiləri də bizimkilərdən fərqli, azarkeşlərlə xoş rəftar edib öz işləri ilə məşğul olurdu.
Tribunaya kimi bir neçə yerdə bilet yoxlamasından keçib, yerimizdə əyləşə bildik. İlk dəfə belə nəhəng arenada olduğumundan hər şey mənim üçün qeyri-adi idi. Tribunadan 1 nəfər də olsun polis işçisi yox idi, hamı sərbəst gəlib öz yerini tapıb əyləşirdi. Polissiz oyuna baxmaq başqa zövq idi.
Tribunalardan asılan bayraqlardan görünürdü ki, bu oyunu izləmək üçün müxtəlif ölkələrdən azarkeşlər təşrif buyurub. Gürcüstan və İspaniya bayrağından başqa Azərbaycan, Ermənistan, Qazaxıstan, Braziliya, Peru, İraq və s. ölkələrin də rəmzləri "Dinamo" arenasını bəzəyirdi. 
Tamaşaçıların əksəriyyətinin "Barselona"ya azarkeşlik edəcəyini bu klubun forması və atributları ilə bəzənmiş fanatlardan sezmək mümkün idi.  Oyunun isə necə keçdiyi haqda uzun-uzadı yazmağa ehtiyac görümürəm. Yalnız onu deyə bilərəm ki, matçda vurulan 9 qoldan sonra bir çoxunda qarşılaşmanın nəticəsinin əvvəlcədən razılaşdırıldığı fikirləri formalaşdı. Lakin bunun mənim üçün elə də əhəmiyyəti yox idi. Çünki belə uzun yolçuluğun yorğunluğunu ancaq 9 qollu matç çıxara bilərdi.
Tiflidə əsas problemlə stadionu tərk edərkən rastlaşdım. Şəhərdə boş taksi tapmaq qeyri-mümkün idi. Buna görə də 1 saatdan çox Tiflis küçələrində nəqliyyat axtarmaqla məşğul olduq və istəyimizə gecə saat 3-də çata bildik.
Artıq Bakıya dönüş vaxtı idi. Avqustun 12-də "Arena"dan ayrılan avtobusumuz vətənə yola düşdü. Yolboyu Gürcüstanın təbiətini seyr edə-edə yenə gömrük-keçid məntəqəsinə çatdıq. Burada çox uzun bir növbədə durub nəzarətdən keçməli idik. Bizimkilərin 1 saatlıq bezdirci "əməliyyat"ından sonra nəhayət ki, Azərbaycana daxil olmaq mümkün oldu. Tovuzda nahar etdikdən sonra, birbaşa Bakıya istiqamət aldıq.
Uzun yolun əziyyətini unutmaq üçün həmkarlarım yaxşı variantar fikirləşmişdi. Müxtəlif əyləncəli oyunlardan sonra biliyimizi də sınadıq. Nəticə daha çox mütaliə edən, bir az da təcrübəsini ortaya qoyan Rüstəm Əfsərli üçün uğurlu alındı. O, Bakıda avtobusdan qalib kimi düşdü.
Üçgünlük səfər zövqlü keçdi. Messi və yoldaşlarını canlı izləmək, fərqli insanlarla tanış olmaq, qonşuyla özümüzü müqayisə etmək üçün əla şans idi. Gürcülərin Superkubok oyununun təşkilatçılığını pis bacarmadığını deyə bilərik. Amma inanın ki, belə mötəbər oyunlar Bakıda daha yaxşı təşkil oluna bilər. Bəlkə də şayiə kimi eşitdiyim xəbər elə həqiqət olacaq. Yaxın illərdə hansısa qitəmiqyaslı klub yarışmasının Bakıya gəlməsi həm də onu indiyədək canlı izləyə bilməyənlər üçün əla fürsət olar. Tiflisə gedə bilməyənlər üzülməsin, ola bilər, Messi və ya başqa bir çox ulduz elə sizin ayağınıza gəldi…
 
blankblankblankblank
ELMAR ABDULLA-ZADƏ, Bakı – Tiflis – Bakı
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Digər idman növləri2024-04-28 08:17

Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

blank
Ölkə futbolu2024-04-28 08:00

“Səbail”in SABAHa ümidi qalmadı

blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm