Premyer-liqa
"İnter Arena"da dava: "Neftçi" azarkeşləri futbolçulara hücum çəkdi
Bu gün Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. Futbolin…
Bu gün Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "İnter" evdə digər paytaxt təmsilçisi "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.
"İnter Arena"dakı oyundan sonra dava düşüb. Belə ki, məğlubiyyətlə üzləşən "Neftçi" futbolçuları final fitindən sonra doğma azarkeşlərinin əyləşdiyi tribunaya yaxınlaşaraq, onları alqışlamak istəyiblər. Lakin məğlubiyyətə görə əsəbi olan fanatlar "Neftçi" oyunçularına qarşı mənfi fikirlər səsləndiriblər. Hətta onlardan biri meydançaya tullanaraq, Rahil Məmmədovu vurub, kapitan Araz Abdullayevlə əlbəyaxa olub. Həmin fanatı isə polis tutaraq bölməyə aparıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”