Premyer-liqa
Svanadze: "Bundan xəbərim yoxdu"
Bu gün Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. Futbolin…
Bu gün Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "İnter" evdə digər paytaxt təmsilçisi "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.
"İnter Arena"dakı oyundan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Zaur Svanadze qələbəni belə şərh edib:
"Öncә onu deyim ki, oyuna nәzarәt elәmәyi bacardıq. Sadәcә, matçın sonlarənda nәzarәti itirdik. Onu da qeyd edim ki, komanda tәlim-mәşq toplanışı keçmәyib. Bu özünü göstәrir. 4 futbolçumuz zәdәli idi. Bu gün zәdәlәnәn futbolçumuz olmadı. Komandamız fiziki baxımdan yorulur. Qarşıda 3 hәftәlik fasilә olacaq. Biz bu fasilәdәn istifadә edib, komandanın hazırlığını düzәltmәyә çalışacağıq"
Gürcü mütәxәssis Gürcüstan millisinin kömәkçi mәşqçisi Georgi Çıxradzenin dә oyunu izlәmәsindәn xәbәrsiz olduğunu bildirib: "Doğurdan, Çixradze burda idi? Bundan xәbәrim yoxdu".
Svanadze "Neftçi"nin sabiq futbolçularının keçmiş komandalarına qarşı daha istәkli olmasına isә belә münasibәt bildirib: "Bәli, onlar yaxşı oynadılar. Xüsusilә, Denis Silva…".
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu