Premyer-liqa
PFL rəsmisi: "Bu il "Brazuka"
Topaz Premyer Liqasının qarşılaşmalarını sponsorun adını daş…
Topaz Premyer Liqasının qarşılaşmalarını sponsorun adını daşıyan topla oynaması PFL-in gündəmində olsa da, cari mövsümdə “Brazuka” toplarından istifadə ediləcək. Bu barədə futbolinfo.az saytına məlumatı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev verib.
Əməkdaşımızla söhbətdə Şahgəldiyev cari mövsümdə “Topaz” toplarından istifadə edilməməsinin səbəbini bu cür izah etdi: “Ötən il həqiqətən də “Topaz” toplarından istifadə olunması ilə bağlı müzakirələr aparılmışdı. Az öncə işıq üzü görən yazıda qeyd etdiyiniz top nümunəsi müzakirə olunan 7 variantdan biri idi. Lakin mövsümün sonunda Topaz-la əməkdaşlığımızın davam etməyəcəyi məlum oldu və yeni toplarla oynamaq variantı gündəmdən çıxdı. Yeni müqavilə isə çempionatın startına bir həftə qalmış imzalandı ki, qısa müddət kəsiyində topların dəyişdirilməsi qeyri-mümkün idi”.
PFL rəsmisi bu ideyanın gələcəkdə həyata keçmək versiyası barədə də məlumat verdi: “Bu mövsüm “Brazuka” toplarından istifadə olunacaq. Bir sıra peşəkar futbolçularla məsləhətləşmələr apardıqdan sonra məhz bu top seçildi. Çünki “Brazuka”yla həm təbii, həm də süni örtüklü meydançalarda oynamaq rahatdı. Topun sürüşmə sürəti hər iki tip örtükdə dəyişməz qalır. Mövsümün ortasında topların dəyişdirilməsi klublar tərəfindən məqbul qəbul olunmaz. Ancaq gələcək çempionatlarda bu ideyanın həyata keçirilməsi realdı”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”