Premyer-liqa
Qriqorçuk: "Bu inamım bizi yanıltmayıb"
Bu gün Topaz Premyer Liqasında 3-cü turun növbəti qar…
Bu gün Topaz Premyer Liqasında 3-cü turun növbəti qarşılaşmaları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.
Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qalibiyyəti belə şərh edib:
“Futbolçular tərəfindən oyun ərzində müdafiədən hücuma keçmək cəhdləri oldu. Bu zaman səhvlərimiz vardı. Amma oyunçular işi görməyə çalışdılar. AZAL ilə oyundan sonra bəzi məsələləri müzakirə etdik. Futbolçuları oynatmaq lazımdır ki, onlar kollektivə uyğunlaşsınlar. Azərbaycan çempionatının öz reqlamenti var. Ona görə də biz tez-tez iki fərqli heyətə güvənirik. Mənim üçün indiki məqamda nəticə çox önəmlidi. Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək. Gördüyümüz işə inanıram və bu inamım bizi yanıltmayıb".
Ukraynalı mütəxəssis "Patatinaikos"la keçirəcəkləri Avropa Liqası matçından da söhbət acıb: "Avropa Liqasında güclü komandaya qarşı oynayacağıq. Var gücümüzlə çalışacağıq ki, nəticə qazanaq. Nəticə çox önəmlidir”.
(pfl.az)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”