Bizi izləyin

Ölkə futbolu

Yenə qazona görə: FSM “Qarabağ”la “Neftçi”ni didərgin saldı

FSM-in (Football and Sport Management) ölkə futbolunun, ölk…

blank
FSM-in (Football and Sport Management) ölkə futbolunun, ölkə stadionlarının başına açdığı oyunlar bitmək bilmir. Bakıdakı əsas arenaların qazonuna cavabdehlik daşıyan bu şirkətin günahı üzündən “Bakcell Arena”da, eləcə də Respublika stadionunda oyun keçirmək mümkünsüzdü.
Millinin oyununa görə bir müddət bağlı saxlanılan, Xorvatiya ilə matçdan sonra isə heç bir qarşılaşmanın keçirilməsinə icazə verilməyən “Bakcell Arena”da qazon özünə gəlir. Amma iş ondadı ki, burada vəziyyət ən azı qışa kimi yaxşı olmayacaq. Daim ot örtüyünün sıradan çıxmaq ehtimalı var, buna görə də sözügedən arenada ancaq Avropa Liqası matçlarının keçirilməsinə icazə veriləcək. Çempionat matçlarını burada keçirən “Neftçi” rəqiblərini burada qəbul edən “Qəbələ”yə görə Bakıxanovdakı İsmət Qayıbov adına stadiona üz tutacaq.
“Qarabağ”da da vəziyyət oxşardı. “Seltik”lə oyunöncəsi sıradan çıxan qazon “Yanq Boyz”la matçı da birtəhə “yola verdi”. Ondan sonra isə mərkəzi arena təmirə bağlanıb. Bu səbəbdən ağdamlılar qarşıdakı turun “Xəzər Lənkəran”la oyununu Mərdəkandakı “Dalğa Arena”da keçirəcək. Yəqin ki, “Qarabağ” Suraxanıda yerləşən öz stadionu istifadəyə verilənə kimi bu addımı atacaq, Respublika stadionuna yalnız Avroliqa matçlarında çıxacaq.
Hazırda Respublika stadionunun qazonu təmir olunur və bu işlərin “Qarabağ”ın avrokubokdakı 2-ci tur matçına kimi yekunlaşması gözlənilir. O da maraqlıdı ki, növbəti dəfə 400 min manat ayrıldığı deyilən qazonun xərcinin müəyyən hissəsi – 150 mini Ağdam klubunun boynuna qoyulub. Klub hər oyun üçün icarə haqqını ödəsə də, onlardan təmirə yardım etmələri xahiş (bəlkə də tələb) olunub.
Beləliklə, FSM-in yarıtmaz işi üzündən didərgin düşməyə məcbur olan klublar hazırda çətin vəziyyətdədi. “Qarabağ” zədə almaq ehtimalı böyük olan süni qazonda oynayacaqsa, yenidən təşkilatlanan “Neftçi” tutumu az olan, əslində, Premyer Liqa standartlarına tam cavab verməyən Bakıxanov stadionuna sığınacaq. Bu üzdən illik abunə kartlarını satışa çıxaran və bu sahədə qismən irəliləyişə nail olan bakılılar beləliklə daha bir zərbə alacaq. Çünki pul xərcləyib katr alan azarkeşlərə narahat arenada oyun izləmək heç də əlverişli deyil.
Ən pisi odur ki, Respublika stadionunda növbəti təmir işinə girişən FSM yenə gözdən pərdə asır. Əla vəziyyətdə olan ADBTİA, eləcə də Bakıxanov stadionlarının təcrübəsinə məhəl qoymayan şirkət yenə hazır qazona üstünlük verir. Rulon halında gətirilib Respublika stadionuna döşənən qazon isə müvəqqəti yaşıl olacaq. Belə örtüklərin torpağı adətən gildən olur.
Qazon qumlu sahədə daha yaxşı inkişaf etsə də, belə qazonları daşımaq mümkün olmur. Belə ki, qumlu torpaq rulon halında dağılır. FSM isə rulonları xaricdən rahat gətirmək üçün otun kökünün bərkidildiyi gil torpaqdan istifadə edir. Amma mütəxəssislər vurğulayır ki, belə qazonlar etibarsızdı. Çünki isti havada gil torpaq bərkiyir, saxsıya çevrilir və otun kökünü qurudur. Daha sonra isə qazon yararsız hala düşür.
FSM adətən qazonun rayqraz növündən istifadə edir ki, bu ot da Bakının iqlimi üçün əlverişsizdi, daha çox cənub bölgəsində istifadə oluna bilər. ADBTİA-nın stadionunda mövcud olan çayırın bermud növü Respublika stadionu üçün də uyğundu. Bir şərtlə ki, qazonun sulanması daha yaxşı olsun, su otun kökünə çatsın. Avtomat suvarma sistemi ilə çayırın da məhv olmaq ehtimalı var.
Düzdü, çayır da oktyabrın sonundan sonra saralmağa başlayır, bu növ soyuğa davamlı deyil. Ancaq isitmə sistemi vasitəsi ilə qazonu daim yaşıl saxlamaq olar. İsitmə sistemi isə külli miqdarda vəsait qoyulan, əsaslı təmir olunan Respublika stadionu üçün problem olmamalıdı.
İstənilən halda, problem həll etmək üçün imkan var, sadəcə, daha ağıllı tərpənmək lazımdı. Yalnız avrokubok matçları üçün 2 stadion saxlamaq, çempionat zamanı klubları bura buraxmamaq yalnız bədxərcliyin və işi bilməməyin nəticəsi ola bilər. Ümid edirik, cavabdeh şəxslər də bu məqama diqqət yetirəcək.
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm