Ölkə futbolu
Bakıdakı xal itkisini Kovaça bağışlamadılar
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisi…
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.
Mənbədə bildirilir ki, buna yığmanın seçmə mərhələnin son iki turundakı uğursuz çıxışı səbəb olub. Belə ki, bu nəticələr "damalılar"ın Avropa çempionatının final mərhələsinə birbaşa getmək şansını da çətinə salıb. Bununla da, federasiya rəhbərliyi Kovaçla yolları ayırmaq qərarına gəlib. Yeni baş məşqçinin adının sentyabrın 21-nə kimi açıqlanacağı deyilir.
Qeyd edək ki, Kovaç 2013-cü ilin oktyabr ayından Xorvatiya yığmasını çalışdırırdı. Onun komandası son 2 oyunda yığmamızla Bakıda qolsuz bərabərə qalsa da, Norveçə 0:2 hesabı ilə uduzmuşdu.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”