Dünya futbolu
Sneyder seçim qarşısında
"Qalatasaray" klubu hollandiyalı yarımmüdafiəç…
"Qalatasaray" klubu hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderlə müqavilənin müddətini uzatmaq fikrindədi. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Belə ki, İstanbul təmsilçisi hollandiyalı futbolçuya yeni müqavilə təklif edib. "Qalatasaray" rəhbərliyi 2016-cı ildə başa çatacaq müqaviləni 2018-ci ilə qədər uzatmaq istəyir. Maraq üçün bildirək ki, Sneyderlə İtaliya "İnter"i də yaxından maraqlanır. "Cim-bom"un sabiq baş məşqçisi Roberto Mançini yarımmüdafiəçinin xidmətindən yararlanmağa maraqlıdı. 31 yaşlı futbolçunun hansı təklifi qəbul edib-etməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, cari mövsüm "Qalatasaray"ın heyətində 3 oyunda iştirak edən Sneyder 2 qol vurub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”