Premyer-liqa
"Neftçi"də son durum
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində…
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Rəvan"ın qonağı olacaq "Neftçi" çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" bu oyuna İsmət Qayıbov adı adına Bakıxanov qəsəbə stadionunda hazırlaşır.
Heyətdə zədəli və cəzalı futbolçu yoxdu. Bakılıların millidə çıxış edən futbolçular da artıq baş məşqçi Samir Əliyevin sərəncamında.
Bundan başqa, baxışda olan brazilyalı müdafiəçi Jairo Rodriqes Filyo haqqında isə hələ ki, yekun qərar verilməyib. Onun komandaya lazım olub-olmayacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 13-də, saat 21:00-da "Bayıl Arena"da start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”