Dünya futbolu
Cerrard: "Təklif alsaydım "Liverpul"da qalacaqdım"
"Liverpul"un canlı əfsanəvi kapitanı Stiven Cerard sabiq…
"Liverpul"un canlı əfsanəvi kapitanı Stiven Cerard sabiq komandasından ayrılmasının səbəbini açıqlayıb. Futboloinfo.az xəbər verir ki, yarımmüdafiəçi ötən mövsümün sonunda klubdan gözlədiyi təklifi almadığını bildirib.
Britaniya mətbuatına danışan futbolçu komandanın məşqçilər korpusunda yer almaq istədiyini, lakin istədiyinin baş tutmadığını deyib:
"Liverpul"un kapitanı olaraq insanların qarşısında çıxmağı və təzyiq altında yaxşı nəticələr qazanmaq üçün darıxıram. Ötən mövsüm ehtiyatda qalmaqdan məmnun deyildim. Start heyətində yer alıb-almayacağımı bilməməkdən xoşlanmıram. Klubun baş məşqçisi Brendan Rocersin köməkçisi ola bilərdim. Əgər məşqçilər koprusunda işləmək təklifi alsaydım, "Liverpul"da qalacaqdım. Meydanda həm futbolçulara, həm də məşqçiyə kömək edərdim. Lakin gözlədiyim təklifi almadım. Bu səbəbdən "Liverpul"dan ayrılmaq qərarı verdim".
Qeyd edək ki, 35 yaşlı futbolçu bu ilin may ayında ABŞ-ın "Los Anceles Qalaksi" klubuna transfer olunub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”