Ölkə futbolu
Roman Qriqorçuk: "Vüqar Nadirov meydançaya çıxmağa hazır deyil"
Bu gün Topaz Premyer Liqasında "Rəvan" öz meydan…
Bu gün Topaz Premyer Liqasında "Rəvan" öz meydanında "Qəbələ"ni qəbul edib. Futbolinfo.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk 3:0 hesablı qələbəni belə şərh edib:
“Biz hər oyun hücum futbolu oynayırıq. Qarşılaşmalara 4 hücumçu ilə çıxırıq. Vüqar Nadirovun oynamadığına gəlincə. Vüqar hələ meydançaya çıxmağa tam hazır deyil. Digər yeni transferimiz Derlis Meza Kolli isə artıq 1 oyunda meydançada olub. Lakin idmanda belə bir qayda var ki, futbolçu bir qədər dincəlməlidir. Ona daha çox oynamaq şansı vermək istədim. Əsas məsələ "Krasnodar"la oyuna hazır olmasıdır. Onda hər şey qaydasındadır. Biz üç xal barəsində düşünürdük. Əsas fikrimiz bu idi. Hər iki cəbhədə mübarizə apardığımız üçün qələbə digər oyuna köklənmək baxımından önəmlidi".
(pfl.az)
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu