Ölkə futbolu
Vaqif Sadıqov Xorvatiyaya getdi
Bu gün Avropa Çempionatının seçmə mərhəl…
Bu gün Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı H qrupunda daha bir oyun keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Xorvatiya öz meydanında Bolqarıstanı qəbul edəcək.
Oktyabrın 13-də rəqibimiz olacaq bolqarların oyununu AFFA məşqçilər komitəsinin sədri Vaqif Sadıqov da izləyəcək. “Casus” rolunu oynayacaq Sadıqov bu matçda apardığı qeydlərini millimizin baş məşqçisi Robert Prosineçkiyə çatdıracaq.
Bundan başqa millimiz Bolqarıstanla matçda Sofiyada dəstəksiz qalmayacaq. Yığmamızı orada yaşayan həmyerlilərimiz dəstəkləyəcək.
Qeyd edək ki, Bolqarıstan – Azərbaycan matçı oktyabrın 13-də, saat 23:45-də start götürəcək.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”