Ölkə futbolu
Rauf Əliyev müəmmalı durumundan danışdı: "Cavab gözləyirəm"
2015-ci il başlayandan Rauf Əliyevin bəxti heç cür gət…
2015-ci il başlayandan Rauf Əliyevin bəxti heç cür gətirmir. Klubun maliyyə durumu pisləşdiyinə görə “Xəzər Lənkəran”dan “Neftçi”yə keçən hücumçu burada da oyununu tapa bilmdədi. Hətta suçiçəyinə də yoluxan futbolçu bu səbəbdən də 1 müddət meydana çıxa bilmədi. May ayında isə Əliyev ümumiyyətlə, komandadan göndərildi.
Futbolçu əvvəlki formasını qaytarmaq üçün “İnter”ə keçdi. İlk vaxtlar “bankirlər”in heyətində normal oyun sərgiləyən futbolçu artıq milliyə də dəvət alımışdı ki, bu dəfə ortaya başqa bir əmma çıxdı. Məşqlərin birində zədələnən forvard mövsümü erkən başa vurmalı oldu. Almaniyada əməliyyat olunacağı deyilən futbolçuya cərrahi müdaxilə hələ də gecikir. Buna səbəb isə futbolçunun müqavilə ilə bağlı olduğu “İnter”də yaşanan maliyyə durumudu.
Məsələ ilə bağlı daha müfəssəl məlumat almaq üçün Raufla əlaqə saxladıq. O, zədəsi ilə bağlı saytımıza açıqlamasında bunları bildirdi: “Əməliyyat olunmalıyam. Həkimdən cavab gözləyirəm, bu gün xəbər verməlidilər. Əməliyyatdan sonra 6 ay meydana çıxa bilməyəcəm. İlk vaxtlar MRT-dən keçəndə ayağımda şiş olduğu aşkarlandı. Bundan başqa, ayağımda yırtıq var idi. Maye xaçvari bağların görünməyinə imkan vermirdi. Türkiyədə də mənə eyni sözü dedilər. Maye çəkiləndən sonra növbəti dəfə müayinə olunduqdan sonra problemin ciddi olduğu ortaya çıxdı. Klubdan mənə dedilər ki, bir az vaxt lazımdı. AFFA ilə danışıqlar oldu. Sağ olsun, federasiya da köməklik göstərəcək”.
Uzun müddət millimzin şərəfini də qoruyan hücumçu yığmamızın İtaliya ilə matçı haqda da söhbət açdı: “Çox bəsit, gözləmədiyimiz qollar buraxdıq. Rəqibin İtaliya olduğu məlum idi, açıqlamalarından da hiss olunurdu ki, qarşılaşmaya çox ciddi hazırlaşıblar. Matç başlayanda da bunun şahidi olduq. Rəqib çox gözəl mübarizə apardı. Millimizə gəldikdə isə buraxılan qollardan komanda çox səhv etdi. Bəlkə də, matçdan bərabərliklə ayrılamaq mümkün idi. Hər mövqedə müəyyən boşluqlar var idi.
Əliyev sabah Bolqarıstanla keçiriləcək görüşə də münasibət bildirib: “Bolqarıstan qrupda rahatlıqla oynaya biləcəyimiz komandalardan biridi. Biz onlarla evdəki matçda da xal qazana bilərdik. Rəqibin də final mərhələsinə vəsiqə qazanmaq şansları qalmadığını nəzərə alsaq, komandamız səfərdən uğurlu nəticə ilə qayıda bilər".
ELMAR ABDULLA-ZADƏ
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”