Premyer-liqa
"Qarabağ" əskik başladı
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Lliqasınd…
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Lliqasında yaranmış fasiləylə əlaqədar olaraq "Qarabağ" baş məşqçisi Qurban Qurbanov son – XII turundakı "Xəzər – Lənkləran"la oyundan sonra komandaya 3 günlük istirahət vermişdi. Futbolinfo.az xəbər verir ki, fasilə başa çatıb və "atlılar" növbəti turda qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlıqlarına start verib.
Komandanın çalışması 15:00-da başlayıb və 1 saat davam edib. Zədəlilər səbəbindən Ağdam təmsilçisi tam heyətlə məşq edə bilməyib. Fərqli millilərə 12 futbolçu göndərən klubda zədəlilərin də olması məşqin natamam heyətlə baş tutmasına səbəb olub. Ağdamlılar sabah 1 məşqlə hazırlıqlarına davam edəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 21-də keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”