Premyer-liqa
AZAL-da kapitan müəmması
Topaz Premyer Liqasının növbəti turunda “Sumqayıt&rdquo…
Topaz Premyer Liqasının növbəti turunda “Sumqayıt”ı qəbul edəcək AZAL hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda çalışmalarını “AZAL Arena”da aparır.
Ötən oyunlarda olduğu kimi, zədəli Seymur Əsədov “kimyaçlılar”a qarşı çıxış edə bilməyəcək. Digər zədəli Elmin Çobanov isə artıq məşqlərə başlayıb. Ötən qarşılaşmaya zədəli çıxan komandanın kapitanı Rail Məlikov isə MRT müayinəsindən keçib və matça fərdi şəkildə hazırlaşır. Müdafiəçinin Sumqayıt təmsilçisi ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı matç saatında bəlli olacaq.
Qeyd edək ki, sözügedən matç ayın 28-i, saat 14:30-da, “AZAL Arena”da start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”