Ölkə futbolu
Qarayev: "Tottenhem"ә göstәrmәk istәyirik ki…"
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ” öz meydanında İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi yarımmüdafiəçisi Qara Qarayev oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"İstәyirik ki, evdә oynayacağımız son görüşdә qalib gәlәk. Nәticәdәn asılı olmayaraq, yaxşı oyun göstәrmәyә çalışacağıq. "Tottenhem"ә göstәrmәk istәyirik ki, Bakıda oynamaq çәtindir. Onlara sәfәrdә oynadıqlarını hiss etdirәcәyik".
Qeyd edək ki, sözügedən görüş noyabrın 26-da saat 22:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”