Bizi izləyin

Müsahibə

Coşqun Diniyev “Qarabağ”da “oğurluq edir”

“Qarabağ”ın yarımmüdafiəçisi Coşqun Diniy…

blank
“Qarabağ”ın yarımmüdafiəçisi Coşqun Diniyevin futbolinfo.az saytına müsahibəsi
 
– Başa çatmaqda olan təqvim ilini necə dəyərləndirirsən? Sənin üçün nə dərəcədə uğurlu alındı?
– 2015-ci il həm mənim, həm də komandam üçün yaxşı keçdi. Məhz, bu il “Qarabağ” kimi güclü komandaya transfer olundum. Düşünrəm ki, burada çıxışım uğurlu alındı.
 
– Artıq komandalar qış fasiləsinə yollanıb. Səncə, “Qarabağ” mövsümün ilk dövrəsində lazımi səviyyədə oyun nümayiş etdirə bildimi? Çıxışın səni qane edir?
– Fikrimcə, “Qarabağ” cari mövsümdə ötən il qazandığı uğurları əldə edə bildi. Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandıq, ölkə çempionatında ilk yarını 1-ci pillədə başa vurduq. Artıq 6-7 ay olar ki, bu komandadayam. Heyətdə olan usta futbolçuların bilik və bacarığından sözün yaxşı mənasında nələrisə “oğurlamağa” çalışdım. Həm də indi gəncəm, düşünmürəm ki, komandama çox xeyir vermişəm. Məşqçimin verdiyi şanslardan istifadə edib, maksimum xeyir verməyə çalışırdım. Demək olar ki, bu ili özüm üçün uğurlu sayıram.
 
– İlin ilk yarısında “İnter”in futbolçusu kimi “Qarabağ”ın rəqibi idin. Sonradan isə komandanı dəyişdin və Ağdam təmsilçisinin heyətindəsən. Maraqlıdı, “Qarabağ” kənardan bir rəqib kimi necə görünürdü, sonradan bu komandaya keçəndən nə kimi dəyişikliklər gördün?
 
– Əlbəttə, hər bir komandaya qıraqdan baxıb, dəyər vermək, fikir bildirmək asandı. Amma həmin komandanın içinə düşdükdə isə tamam başqa bir atmosferi hiss edirsən. “Qarabağ”a keçəndən sonra peşəkar baş məşqçi və futbolçularla çiyin-çiyinə mübarizə aparmağa başladım. Komandada hamının bir-birinə olan hörmət və qayğısı yüksək səviyyədədi.
 
– İndiyə kimi Kaxaber Sxadadze və Qurban Qurbanov kimi öz sözünü demiş mütəxəssislərlə çalışmısan. Bu iki məşqçinin oxşar və fərqli cəhətləri nədi?
– Hər baş məşqçinin bir dəst-xətti var. Bu iki çalışdırıcı ilə işləməyə nail olmuşam. Adıçəkilən mütəxəssislərin bir çox ortaq nöqtələri var ki, adam özünü çox rahat hiss edir. Futbolçunun özünü göstərməsi üçün hər bir şərait yaradırlar. Qurbanov və Sxadadze arasında elə də çox fərq yoxdu. Belə mütəxəssislərlə işləmək qürurvericidi.
 
– Hazırda sənin çıxış etdiyin mövqedə onsuz da yetərincə futbolçu var idi. Artıq Rahid Əmirquliyev də komandaya qoşuldu. Necə düşünürsən, gələcəkdə heyətə düşməyində çətinliklər ola bilərmi?
– Bu keçidi “Qarabağ” üçün uğurlu transfer saymaq olar. Rahid “Xəzər Lənkəran” üçün əsas simalardan biri olub. Onun futbol bacarığı, biliyi baxımdan bizə öyrədəcəyi çox şeylər var. Rahidin gəlişi mənim diqqətimi daha da artırır. Hər komandada rəqabət olur. Bu olmasa, irəliləyiş mümkün deyil. Əgər belə bir futbolçu ilə rəqabət aparacağamsa, bu, mənə yalnız xeyir verə bilər.
 
– Sabiq klubun “İnter”lə bağlı fikirlərin nədi? Komanda nə qədər zəifləsə də, hazırda əsas rəqiblərinizdəndi və turnir cədvəlinin 2-ci pilləsindədi. “Bankirlər”dən bu cür çıxış gözləyirdinmi?
– Açığı, məlum problemlərdən sonra “İnter”in 2-ci yerdə olacağını gözləmirdim. Amma onlar hazırda hər komandaya örnək olacaq futbol sərgiləyir, kollektiv oyun göstərir. Bu cəhətdən isə mənim üçün gözlənilməzlik olmadı. Bütün komandalara başağrısı ola biləcək heyət qurublar. “İnter”i sadəcə, alqışlamaq olar.
 
– “İnter” üçün darıxmısan?
– Futbolçu hazırkı komandasında xoşbəxt olmayanda əvvəlki klubu üçün darıxır. “Qarabağ”da xoşbəxtəmsə, darıxmaqdan söhbət gedə bilməz. Düzdü, uzun illər bir yerdə oynadığım futbolçular üçün darıxıram.
 
– Milli komandanın üzvlərindən birisən. Səncə, 2015-ci il yığma komandamız üçün uğurlu oldumu? Robert Prosineçkinin rəhbərliyi altında milli lazım olan yerdə qərar tuta bildimi?
– Prosineçkinin gəlişindən sonra komandanın ayrı oyun sərgiləməsi göz qabağındadı. Qazandığı xallar da buna sübutdu. Prosineçkinin vaxtı çox olmadı ki, komandanı müəyyən yerlərə gətirsin. Məncə, onun gəlişindən sonra millimiz müdafiən çox hücum futbolu oynamağa üstünlük verdi. Fikrimcə, gələn il daha da uğurlu ola bilər.
 
– Bir çox dünya ölkələrində bu praktikadan istifadə olunur. Səncə, Azərbaycanda B milli komandasına ehtiyac varmı? Sənə elə gəlmirmi ki, bu, səni kimi gənc futbolçuların həm beynəlxalq təcrübəsini artıracaq, həm də əsas yığma komandaya tramplin rolunu oynayacaq?
– Mən bu barədə fikir bildirməkdə çətinlik çəkirəm. Bu, AFFA rəhbərliyinin işidi. Əgər belə şey olsa, müsbət cəhətlərini görmək mümkündü. Gənc futbolçuların əsas milliyə düşməsi üçün yaxşıdı. Ola bilər, kimsə düşünər ki, B milli komandasındasansa, demək ki, əsas yığmaya layiq deyilsən. Amma mən buna müsbət addım kimi yanaşardım.
 
– Üzümüzə gələn yeni ildən nə gözləyirsən?
– Həm şəxsi həyatım, həm də futbol kariyeramla bağlı irəliləyiş gözləyirəm. Ümid edirəm ki, yeni il mənim üçün daha da uğurlu olar. Çalışacam ki, həm futbol həm də şəxsi həyatımda xoşbəxtçilik olsun.
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm