Ölkə futbolu
Yunis Hüseynov: "İddialı komanda yarada bilməyəcəyik"
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis H&uum…
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov dünən klub rəhbərliyi ilə görüşüb, komandanın gələcək taleyinə aydınlıq gətirib. Bu barədə futbolinfo.az saytına təcrübəli mütəxəssisin özü məlumat verib.
Hüseynov əvvəlcə toplanış barədə danışdı: “2 gündən sonra toplanışa start verəcəyik. Komandanı Lənkəranda toplayacağıq. Hazırlığın 2-ci mərhələsini isə Bakıda keçəcəyik”.
Baş məşqçi komandanın ölkə xaricinə yollanmamasının səbəbini devalvasiya ilə əlaqəli olmadığını bildirdi: “İxtiyarımızda vur-tut 9 futbolçu var. Onları ölkə xarcinə aparmağın nə adı? Yeniləri isə baxışdan keçirmək lazımdı. Ölkə xaricinə yollanmaq üçün geniş vaxt lazımdı. İxtiyarımızda 23 gün qalacaq. Bundan maksimum səmərəli istifadə etmək üçün Azərbaycanda qalacağıq. Əvvəlcə Lənkəranda, sonra Bakıda yığılacağıq”.
Heyətdə heç 11 oyunçusu olmayan cənubluların çalışdırıcısı bu boşluğu aradan qaldırmaq barədə də məlumat verdi: “İddialı komanda yarada bilməyəcəyik. Çünki ölkənin aparıcı yerli oyunçularının hamısı müqaviləylə müxtəlif klublara məxsusdular. Hazırda araşdırırıq ki, hansı oyunçuların müqavilələri bitib, hansıları icarə əsasında rənglərimizə qata bilərik. Qış fasiləsindən öncə 15 yeni futbolçuya ehtiyac duyduğumuzu bildirmişdim. İndi də bu fikirdə qalıram. Sadəcə, onu deyim ki, nə qədər çox futbolçu ala bilsək, bir o qədər yaxşıdı”.
Sonda həmsöhbətimiz komandaya əcnəbi futbolçuların cəlb edilib-edilməməsinə dair də danışdı: “Bir-iki legioner almaq fikrimiz var. Ancaq onların hansı ölkədən olacaqlarını hələ bilmirəm. Bir onu deyə bilərəm ki, əcnəbi alsaq, hücum xəttinin futbolçuları olacaqlar”.
CEYHUN ƏLİYEV
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək