Ölkə kuboku
Qriqorçuk: “Bu, mәnim işim deyil”
Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start…
Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyunlar çərçivəsində “Qəbələ” səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
"Bütün oyunlar çәtin olur. Bugünkü qәlәbәdәn razı qaldım. Kubokda sәfәrdә qәlәbә qazanmaq yaxşıdır. Tәbii ki, sevinirik. Hakimliklә bağlı danışmaq istәmirәm. Çünki bu mәnim işim deyil. Bәzәn hakimlәr haqqında danışmışam. Amma bu gün fikir bildirmәk niyyәtindә deyilәm".
Ukraynalı mütәxәssis komandanın hücum xәttindә mәhsuldar ola bilmәmәsi haqqında da danışıb: "Cinah yarımmüdafiәçilәrinin daha çox top almasını, yaxşı oynamasını istәrdik. Dodo vә Sergey Zenyov bu gün pis oynamadı. Hücuma gәlincә, düzdür, burda bir az çәtinlik var. Forvardlarımıza tәzyiq etmirik. Sadәcә, müәyyәn şeylәr düzәlmәlidir".
Qriqorçuk Ruslan Abışovun әvәzlәnmәsinә də münasibәt bildirib: "Ruslan Abışovu sәhvlәrinə görә әvәzlәmәdim. Sadәcә, oyunun sonunda yorğun görünürdü. Rәqibin dә әks-hücumları artırdı. Ona görә dә әvәzlәdik. Stankoviç meydana çıxan kimi rәqibin sürәtli hücumunun qarşısını aldı".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”