I Liqa
"Bakı" və "Bakılı"ya fərqli cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun 17-ci turun oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Şəmkir” – “Bakı” matçının 90+3-cü dəqiqəsində qonaq komandanın futbolçusu Müşviq İlyasov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
“Ağsu” – “Mil-Muğan” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat cərimə kəsilib. Oyunun 73-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Adil Tağıyev ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Bakılı” matçının 74-cü dəqiqəsində qonaq komandanın futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimələnib.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi