Müsahibə
Səlahət Ağayev: "O, futbolçuya yaraşmayan hərəkət edirdi"
"Sumqayıt"ın qapıçısı Səlahət Ağayev Topaz Pr…
"Sumqayıt"ın qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Zirə"yə 0:1 hesablı məğlubiyyətdən sonra futbolinfo.az saytının suallarını cavablandırıb:
– Son dəqiqələrdə qol buraxmaq komanda üçün yaxşı deyil. Ən azından oyun 0:0 hesabı ilə başa çatsaydı, daha ədalətli nəticə olardı. Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm.
– Demək olar ki, baş-başa mübarizə apardınız. Lakin rəqib cərimə meydançanızdakı qarışıqlıqdan istifadə edib, qol vurdu. Həmin epizodu necə şərh edərdin?
– Deyiləsi bir şey yoxdu. Rəqib epizoddan yaxşı istifadə etdi və qol vurdu.
– Deyiləsi bir şey yoxdu. Rəqib epizoddan yaxşı istifadə etdi və qol vurdu.
– Nurlan Novruzovun qarşını kəsməsinə çox əsəbləşdin. Bununla bağlı nə deyərdin?
– Nurlan da futbolçudu, istəyir ki, komandası qələbə qazansın. Amma belə də yox da. Ondan başqa da futbolçular var. Xüsusilə də, yerli, azərbaycanlı oyunçudu. Ona görə əsəbləşdim ki, gəlib qabağımda durub. Açığı, mənə mane olmurdu. Sadəcə, futbolçuya yaraşmayan hərəkət edirdi.

– Bütövlükdə, sakit futbolçu kimi tanınsan da, bu gün çox əsəbləşmişdin.
– Kiminsə üstünə qışqırmağı xoşlamıram. Amma…
– Kiminsə üstünə qışqırmağı xoşlamıram. Amma…
– Amma müdafiəçilərin üstünə də tez-tez qışqırırdın…
– Başqa nəyəsə görə qışqırmırdım. Onlar da futbolçudu, komanda yoldaşlarımdı. Qapıda olduğumdan arxada olanları daha yaxşı görürəm. Ona görə də deyirdim ki, tez vur irəli.
– Başqa nəyəsə görə qışqırmırdım. Onlar da futbolçudu, komanda yoldaşlarımdı. Qapıda olduğumdan arxada olanları daha yaxşı görürəm. Ona görə də deyirdim ki, tez vur irəli.
– Deyəsən, baş məşqçiniz də əsəbləşmişdi. Mətbuat konfransında dedi ki, mən oynasaydım, Nurlan qabağımda elə hərəkət edə bilməzdi.
– Heç kimə xoş olmazdı. İstəyir baş məşqçimiz olsun, ya futbolçu. Bir az yığışsın da. Komandası üçün oynasın, amma… Peşəkarlığa yaraşmayan hərəkətdi. Ən azından Nurlan azərbaycanlıdı, onun üçün deyirəm. Legioner olsa, heç ona deməzdim bu sözü. Bir böyük kimi deyirəm.

ELMAR VƏLİYEV
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”