Premyer-liqa
“Neftçi” bu gün başlayır
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində sə…
Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”ı məğlub edən “Neftçi” 1 günlük istirahətini başa vurub. Futbolinfo.az xəbər verir ki, komanda bu gün yenidən bir araya gəlib.
Növbəti turda “Qarabağ”ı qəbul edəcək bakılılar bu dəqiqələrdə bazasında həmin matçın hazırlıqlarına başlayıb. Günə 2 məşq nəzərdə tutan komandanın növbəti çalışması 15:30-da start götürəcək. Heyətdə yeganə itki zədələnərək mövsümü qapayan Kamran Nəcəfzadədi. Cənublularla qarşılaşmanı cəza səbəbindən buraxan Kamal Qurbanov isə sıraya dönüb.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı aprelin 16-da “Bakcell Arena”da baş tutacaq və saat 16:00-da start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”