Müsahibə
Səlahət Ağayev: “Artıq təkliflər almışam”
“Sumqayıt”ın qapıçısı Səlahət Ağayev Topaz …
“Sumqayıt”ın qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində qarşılaşdıqları “Qarabağ”la səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin cavablarla tanış edir:
– Oyun azarkeşlər üçün darıxdırıcı keçdi. Bəs meydanda necə hiss olunurdu?
– Oyunun bu cür axarda keçəcəyi gözlənilən idi. “Qarabağ”ın çempion olmasına rəğmən, qələbə qazanmaq istəyəcəyini bilirdik. Biz də eyni istəklə mübarizə aparırdıq. Əlimizdən gələni etdik, amma bu qədər alındı. Rəqib layiq olduğu qələbəni qazandı.

– Yəni “Qarabağ”ın qələbə qazanacağı gözlənilən idi?
– Rəqibimiz çempion komandadı. Hamı bilir ki, yaxşı heyətləri var. Dayanmadılar, sona qədər mübarizə apardılar. Bu baxımdan gözlənilən idi.

– “Sumqayıt” hət turda bir cür oyun nümayiş etdirir. Qeyri-sabit oyununuz nədən irəli gəlir?
– Elə deməzdim. Biz də meydana qələbə qazanmaq üçün çıxırıq. 90 dəqiqə ərzində əlimizdən gələni edirik. “Qarabağ” çox güclü komandadı. Qarşıda 3 tur qaldı. Ondan sonra komandanın çıxışı analiz olunacaq.

– Bəlkə qarşıya konkret hədəf qoyulmadığından çıxışınız belə alınır?
– Hədəfsiz, məqsədsiz komanda yoxdu. Bizim məqsədimiz də mümkün qədər çox qələbə qazanmaqdı. Çalışırıq, amma hər dəfə bunu reallaşdırmaq alınmır. Rəqib komanda da meydanda sakit dayanmır.

– Mövsüm sona yaxınlaşır. Müqavilən də bitmək üzrədi. Yeni çempionatı hansı komandada davam etdirəcəyini düşünmüsənmi?
– Müqaviləmin müddəti mayın sonunda bitəcək. Ona qədər komandadayam. Bəli, artıq təkliflər almışam. Ancaq heç kimlə oturub konkret söhbət etməmişəm. Kiməsə gələcəyimlə bağlı söz verməmişəm. Sadəcə, zənglər olub.

– “Neftçi”yə keçəcəyin realdırmı?
– (gülür) Hələ ad açıqlamayaq. Çünki heç kimlə söhbətim olmayıb. Dəqiqləşməyən məsələ barədə necə danışaq?

– “Sumqayıt”da qalmaq necə, planına daxildimi?
– Futboldu, hər şey ola bilər. Zaman sualları cavablandıracaq.

ELMAR ABDULLA-ZADƏ
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək