Premyer-liqa
"Kəpəz"dən Kamara açıqlaması
Son günlər bəzi idman saytlarında “Kəpəz”in Abdu…
Son günlər bəzi idman saytlarında “Kəpəz”in Abdulkader Kamara adlı futbolçuya maraq göstərməsi ilə bağlı xəbərlər gedir. Futbolinfo.az xəbər verir ki, vaxtilə ölkəmizdə çıxış etmiş qvineyalı yerli portallara açıqlamasında Gəncə klubundan dəvət aldığını bildirərək, şərtlərin qanedici olmadığını söyləyir.
Lakin "Kəpəz" bununla bağlı yaydığı məlumatda bu iddiaları təkzib edib: "Nəzərinizə çatdırırıq ki, Kamaranın dedikləri yalandır və “Kəpəz” Peşəkar Futbol Klubu onunla heç vaxt maraqlanmayıb və maraqlanmır da. Özünü peşəkar sayan futbolçunun bu cür xəbərlər yayaraq klubumuzun adından istifadə edib reklam etməsi tərəfimizdən təəssüf hissi ilə qarşılanır".
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”