Dünya futbolu
"Barselona"da ayrılıq
Geridə qalan mövsüm İspaniya çempionatını lider b…
Geridə qalan mövsüm İspaniya çempionatını lider başa vuran "Barselona"da ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı müdafiəçisi Daniel Alveşlə yolları ayırıb.
Bu xəbəri "Goal"a açıqlamasında klubun texniki məsələlər üzrə katibi Robert Fernandes də təsdiqləyib. O, Alveşin qərarına hörmətlə yanaşdıqlarını deyib: "Alveş komandadan ayrılmaq qərarı verdi. Bu, tamamilə onun şəxsi qərarı oldu. Qərarına hörmətlə yanaşırıq. Neymar isə uzun müddət "Barselona"da oynayacaq. Maskeranonun da komandada qalacağını düşünürəm".
O, cənubi amerikalının mövqeyinə yeni futbolçu transfer etməyəcəklərini də bildirib: "Sağ mövqeyə yeni futbolçu transfer etməyəcəyik. Bartra yaxşı futbolçudur və daha çox oynamalıdır. Aleyks Vidalı da sağ cinahda oynatmaq üçün transfer etmişik. Serji Roberto da bu mövqedə oynaya bilər".
Qeyd edək ki, Braziliya millisinin də üzvü olan 33 yaşlı oyunçu 2008-ci ildə "Sevilya"dan "Barselona"ya keçmişdi.
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”