Milli komanda
4 oldu, Prosineçki!
Azərbaycan millisinin qələbə həsrəti 4-ə çatıb. Futboli…
Azərbaycan millisinin qələbə həsrəti 4-ə çatıb. Futbolinfo.az xəbər verir ki, 2015-ci il noyabrın 17-də Moldova ilə Bakıda keçirilən oyunda 2:1 hesabı ilə qalib gələn yığmamız 199 gündü qələbə qazana bilmir.
Bu müddətdə 4-cü oyununu keçirən yığmamız Kanada ilə qollu heç-heçə edib – 1:1. Avstriya toplanışının əvvəlki iki oyununda Andorra (0:0) və Makedoniyanı (1:3) da yenə bilməyən futbolçularımız martda Qazaxıstan sınağından (0:1) da üstün ayrılmamışdı.
4 matçlıq qələbəsizlik nə millimizin, nə Robert Prosineçkili dönəmin, nə də yoxlama matçlarının antirekordudu. Çünki hər üç halda daha uğursuz seriyalarımız var.
Milli tarixinin ən uzun qələbəsizliyi 2004-07-ci illərdə qeydə alınıb – 27 oyun. Moldova üzərində 199 gün öncəki qələbə isə Prosineçkinin rəhbərliyi altındakı 6 matçlıq belə seriyanı qırmışdı.
Yoxlama oyunlarındakı qələbəsiz seriya 13 matçdan ibarət olub. Bu da qeyd etdiyimiz 2004-07-ci illərə təsadüf edib. (Apasport)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”